“Aşıq Şəmşir Mədəniyyət Ocağı”ından “Evdə qal, cəmiyyəti qoru” çağırışına dəstək – FOTOLAR

Evdə qal cəmiyyəti qoru Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və REAL TV-nin birlikdə keçirdiyi “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşulur və koronavirusun yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə başladılan bu kampaniyaya dəstəyimizi ifadə edirik.



İctimai Birliyin sədri Qənbər Qurbanov, “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ümummilli yardım təşəbbüsünə qoşularaq ölkəmizdə koronavirusla mübarizə tədbirlərinə töhfə vermişdir. Eyni zamanda İctimai Birliyin sədr müavini Həbib Misirovun iştirakı ilə, koronavirusla mübarizə tədbirləri çərçivəsində yaşlı insanlara və aztəminatlı ailələrə ərzaq yardımı edilmiş, tibbi maska və spirt paylanılmış, virusdan qorunma haqqında maarifləndirmə işi aparılmışdır. İndi isə “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşulduğumuzu elan edərək, tərəfdaş qurumlarla birgə ölkəmizi ciddi şəkildə təhdid edən koronavirusla mübarizədə bütün resurslarımızı səfərbər edəcəyimizi və Şuranın başlatdığı layihəni ən güclü şəkildə dəstəkləyəcəyimizi bildiririk.



“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi hər zaman ölkəmizin maraqlarını öndə tutaraq ümumxalq çağırışlarına dəstəyini ifadə etdiyi kimi, bugün də xalqımızın təhlükəsizliyinin və sağlamlığının qorunması naminə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə hazırdır.

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev