“Aşıq Şəmşir” Mədəniyyət Ocağı BDU-nun kitabxanaçılıq-informasiya fakültəsi ilə birgə ....



“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi 15 iyun – Milli Qurtuluş Günü münasibətilə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsi ilə birgə onlayn tədbir keçirib.


Müəllim və tələbələrin iştirakı ilə keçirilən tədbirin əvvəlində İctimai Birliyin sədr müavini Həbib Misirovun redaktorluğu ilə hazırlanmış Milli Qurtuluş Gününə həsr edilmiş videoçarx nümayiş etdirilmişdir.

Birlikdən Trend-ə bildiirlib ki, tədbirin moderatoru BDU-nun dosenti, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi İdarə Heyətinin üzvü Ələmdar Cabbarlı iştirakçıları İctimai Birliyin sədri Qənbər Şəmşiroğlunun adından salamlamış, eyni zamanda Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti barədə geniş məlumat vermişdir.


Sonra BDU-nun kafedra müdiri, dosent Knyaz Aslan “Aşıq Şəmşirin poeziyasında Heydər Əliyev obrazı” adlı məruzə ilə çıxış etmişdir. Natiq çıxışında bildirmişdir ki, XX əsr Azərbaycan ədəbiyyatının və aşıq sənətinin görkəmli nümayəndəsi Dədə Şəmşir sovet dövründə yaşayıb-yaratmışdır, amma o, heç bir partiya və hökumət rəhbərinə əsər həsr etməmişdir. Yalnız ötən əsrin 70-ci illərində Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin ölkədə apardığı quruculuq işlərini görən Aşıq Şəmşir Heydər Əliyevə silsilə şeirlər həsr etmiş, əsərlərində xalqımızın böyük oğlunun obrazını yaratmışdır. Daha sonra Kitabxanaçılıq-informasiya fakültəsinin tələbəsi Ləman Əyyubova “Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti” adlı məruzə etmişdir. Məruzədə xüsusi vurğulanmışdır ki, ölkəmizdə 15 iyun – Mili Qurtuluş günündən başlayan uğurlu yol bu gün cənab Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən yüksək səviyyədə davam etdirilir.


Trend.az

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev