“Aşıq Şəmşir” Mədəniyyət Ocağı “Evdə qal, cəmiyyəti qoru” adlı aksiya keçirib -FOTOLAR




Ölkəmizin ictimai-mədəni həyatında xüsusi rolu ilə seçilən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən tədbirlərə, təbliğat-maarifləndirmə işlərinə dəstək məqsədilə növbəti aksiya keçirilib.


Martın 27-dən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Real TV tərəfindən başladılan “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyası çərçivəsində keçirilən aksiyanın məqsədi vətəndaşların Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tövsiyələrinə və müəyyən etdiyi xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməsi işinə töhfə verməkdir.



Aksiya zamanı “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin fəalları İctimai Biriyin sədri Qənbər Qurbanovun tapşırığı ilə sosial qayğıya ehtiyacı olan 50-dən artıq aztəminatlı, şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının ailələri ilə görüş keçirib. İctimai Birlik özünün nizamnaməsinə uyğun olaraq yarandığı gündən həyata keçirdiyi xeyirxahlıq missiyasını bu həssas və taleyüklü günlərdə də davam etdirərək sosial müdafiəyə və qayğıya ehtiyacı olan 500-dən artıq ailəyə ərzaq yardımı göstərib, eyni zamanda onlara əslən Kəlbəcər rayonundan olan dərzi Afaq xanımın təşəbbüsü ilə özü hazırladığı tibbi maska paylanılıb.



Ölkə başçısı İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarını əsas götürən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi bundan sonra da koronavirusla mübarizə tədbirləri çərçivəsində öz fəaliyyətini davam etdirəcəkdir.

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev