Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin kollektivi Zəlimxan Yaqubun məzarını ziyarət edib -
09.01.2019 | 23:15

Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin kollektivi bu gün Fəxri Xiyabanda Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun məzarını ziyarət ediblər. Kalbajar.com xəbər verir ki, ziyarətçilər ustad sənətkarın məzarı üzərinə tər çiçəklər düzüb, onun ruhuna dualar ediblər. Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov mərhum şairin məzarı önündə çıxış edərək Zəlimxan Yaqubun Azərbaycan poeziyasına və ədəbiyyatına verdiyi töhvələrdən danışıb.

O, bildirib ki, Zəlimxan Yaqubun həyatının böyük hissəsi ustad sənətkar Dədə Şəmşirin yanında keçib.



Yadetmə mərasimində İctimai Birliyinin gənc üzvləri Zəlimxan Yaqubun şeirlərini səsləndiriblər.