“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində “


“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində “Mir Cəlal irsinin təbliği” layihəsi üzrə növbəti tədbir keçirilib.


Tədbiri “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov açaraq, iştirakçıları İctimai Birliyin sədri Qənbər Qurbanovun adından salamlayıb. Həbib Misirov bildirib ki, aprel ayının 26-da görkəmli yazıçı və ədib, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin anadan olmasının 110 ili tamam olur. Natiq qeyd edib ki, Mir Cəlal Paşayev XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən və yaradıcılarından biridir. O, çoxlu sayda hekayə, povest və romanlar müəllifidir. Mir Cəlal eyni zamanda ədəbiyyatşünas alim kimi dəyərli elmi-tədqiqat əsərləri, dərsliklər yazmışdır. O, həmçinin xalqımızın yaddaşında unudulmaz müəllim, pedaqoq kimi də yaşayır.


Həbib Misirov vurğulayıb ki, ilin əvvəlindən başlayaraq görkəmli ədibə həsr olunmuş silsilə tədbirlər keçirilir, ədibin əsərləri yenidən çap edilir, eyni zamanda haqqında yazılmış dəyərli elmi-tədqiqat əsərləri nəşr olunur. Natiq bildirdi ki, həmin əsərlərdən biri də bu günkü tədbirdə təqdimatı keçirilən, filologiya elmləri doktoru, professor Təyyar Salamoğlunun “Mir Cəlal nəsri və müasirlik” kitabıdır. Kitabda müəllif Təyyar Salamoğlu Mir Cəlal nəsrini geniş şəkildə və müasirlik kontekstindən şərh etmiş, görkəmli ədibin nəsr yaradıcılığına metodoloji yanaşmanın yeni aspektlərini ortaya qoymuşdur. Həbib Misirov xüsisi vurğuladı ki, Mir Cəlal Paşayev haqqında qiymətli məqalələr, elmi-tədqiqat əsərləri bundan sonra da yazılacaqdır. Natiq çıxışının sonunda qeyd etdi ki, görkəmli yazıçı və ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, unudulmaz müəllim kimi yaddaşlarda yaşayan Mir Cəlal Paşayev bütün həyatını, ömrünü Azərbaycan xalqının maariflənməsinə, ədəbiyyatımızın və elmimizin inkişafına sərf etmişdir. Bu böyük şəxsiyyətin ədəbi-bədii və elmi-nəzəri irsi ilə yanaşı, uca şəxsiyyətində cəmləşdirdiyi xeyirxahlığı, insanlığı, ümumbəşəri əhəmiyyət kəsb edən humanizmi və mütərəqqi ideyaları da həmişə yüksək heyranlıqla qarşılanır və əsl örnək kimi sevilə-sevilə qəlblərdə özünə ucalıq və əlçatmazlıq heykəli qurur. Əminik ki, qədirbilən xalqımız Mir Cəlal adını, şəxsiyyətini və irsini özünün bəşəriyyətə bəxş etdiyi möhtəşəm fenomen olaraq daim qəlbində yaşadacaqdır.





Tədbirdə çıxış edən digər natiqlər, akademik Nizami Cəfərov, akademik Muxtar İmanov, professor Şirindil Alışanlı, millət vəkili Jalə Əliyeva, BDU-nun dosenti Ələmdar Cabbarlı, ədəbiyyatşünas alim Sakibə Ələsgərova və başqaları görkəmli ədibin ədəbi, elmi və pedaqoji fəaliyyətindən geniş söz açdılar, onu XX əsr Azərbaycan ədəbi-bədii fikrinin görkəmli nümayəndəsi kimi yüksək dəyərləndirdilər. Tədbirin sonunda “Mir Cəlal nəsri və müasirlik” kitabının müəllifi professor Təyyar Salamoğlu çıxış edərək təqdimat mərasiminin təşkilinə görə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Qurbanova və iştirakçılara təşəkkürünü bildirdi. 



Sonda "Aşıq Şəmşir" Mədəniyyət ocağı ictimai birliyinin layihələr şöbəsinin rəhbəri, 23 saylı Kəlbəcər orta məktəbinin direktoru Həqiqət xanım Şükürova ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin irsinin təbliği ilə bağlı keçirdiyimiz və gələcəkdə həyata keçirəcəyimiz layihələr barədə məlumat verdi və kitabın müəllifi Təyyar Salamoğluna "Aşıq Şəmşir" Mədəniyyət ocağı ictimai birliyinin təşəkkürnamə diplomunu təqdim etdi. 


BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev