top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı “İpək yolu” Beynəlxalq Gənclər Forumunda Azərbaycanı təmsil edib


Çində “İpək yolu ölkələrində yaradıcılıq və mədəni irs” mövzusuna həsr edilmiş beynəlxalq gənclər forumu keçirilib. Tarixi “İpək yolu” üzərində yerləşən 51 ölkədən gənclərin qatıldıqları forumda Azərbaycanı “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin nümayəndəsi Fazil Qasımov təmsil edib.


İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, forum UNESCO-nun Pekin ofisi və Çinin UNESCO məsələləri üzrə Milli Komissiyası tərəfindən təşkil edilib. Forum iştirakçıları bir həftə ərzində Çinin Çanşa və Nankin şəhərlərində tarixi “İpək yolu” mədəni irsinin qorunub saxlanmasında və yaradıcılığın təbliğində gənclərin rolunu müzakirə ediblər. Fazil Qasımov Azərbaycan xalqının mədəni irs nümunələri barədə forum iştirakçılarına geniş məlumat verib, tarın müşayiəti ilə Azərbaycan xalq mahnılarını ifa edib. Dinləyicilər Azərbaycan musiqisinin ecazkarlığından və xalqımızın mədəni irsə bağlılığından təsirləndiklərini ifadə ediblər. Forum çərçivəsində Nankin İncəsənət İnstitutunun rəhbərliyi ilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi arasında UNESCO layihələrində əməkdaşlığın perspektivləri müzakirə edilib, İctimai Birliyin UNESCO-da akkreditasiyası təcrübəsi barədə məlumat verilib. Görüşdə birgə əməkdaşlığın Çin ilə Azərbaycan arasında mədəni əlaqələrə töhfə verəcəyi ifadə olunub.


Nankində keçirilən “VIII Dünya Tarixi və Mədəni Şəhərlər Sərgisi”nin açılışına qatılan Fazil Qasımov UNESCO Dərnəkləri, Mərkəzləri və Assosiasiyaları Dünya Federasiyasının (WFUCA) prezidenti Dhirendra Bhatnagar ilə görüşüb. Görüşdə Azərbaycanın UNESCO ilə səmərəli əməkdaşlığının dünya mədəni irsinin qorunmasına töhfə verdiyini vurğulayan İctimai Birliyin nümayəndəsi Federasiyanın Azərbaycanda nümayəndəliyinin açılmasının zəruriliyini diqqətə çatdırıb. Fazil Qasımov “China Daily” və “People’s Daily” dövlət xəbər agentliklərinin jurnalistləri ilə keçirilən görüşlərdə Azərbaycanın mədəni irsini tanıtmaqla yanaşı, ölkəmizin “İpək yolu” ölkələri arasında nəqliyyat infrastrukturunun qurulması istiqamətində həyata keçirdiyi layihələr, o cümlədən Bakı-Tbilisi-Qars dəmiryolu və Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu barədə ətraflı məlumat verib, ölkələrimiz arasında mədəni, iqtisadi əlaqələrin genişləndirilməsində medianın əvəzsiz rolunu vurğulayıb. Xəbər agentliklərinin rəsmiləri, paylaşılan məlumatlar əsasında Çin mediasında Azərbaycanın mədəni irsi və ölkəmizin “Bir kəmər və bir yol” təşəbbüsünə töhfələri barədə yazılar dərc edəcəklərini bildiriblər. UNESCO-nun təşkilatçılığı ilə baş tutan “İpək yolu” Beynəlxalq Gənclər Forumu 2019-cu ildə Berlində, 2020-ci ildə isə Bakıda keçiriləcək. 


AZƏRTAC


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page