“Aşıq Şəmşir” Mədəniyyət Ocağı ictimi birliyinin ofisində Ulu Öndər Heydər Əliyevin anadan olmasının



“Aşıq Şəmşir” Mədəniyyət Ocağı ictimi birliyinin ofisində Ulu Öndər Heydər Əliyevin anadan olamsının 94-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Ilk önçə tədbir iştirakçıları fəxri xiyabanda ulu öndərin məzarin ziyarət etdilər. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı ictimi birliyinin sədr müavini Həbib Misirov bildirdi ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev haqda danışmaq, o böyük şəxsiyyətin vətənimiz, xalqımız, dövlətimiz üçün gördüyü işlərin az bir qisminə nəzər salmaq hər bir azərbaycanlı kimi bizim üçün də böyük şərəf və məsuliyyətdir. Ulu öndər Heydər Əliyev Tanrının Azərbaycan xalqına, dövlətçiliymizə bəxş etdiyi əvəzsiz şəxsiyyətdir. O öz missiyası, əməlləri ilə təkcə Azərbaycan tarixinə deyil, bütün dünya tarixinə öz adını həkk etmiş dahi siyasətçi və böyük liderdir. Belə ki, böyük Heydər Əliyevin iqtisadi-siyasi kursunu inamla, uğurla həyata keçirən müasir dünyanın nüfuzlu dövlət başçılarından biri olan hörmətli Prezident İlham Əliyev atdığı uzaqgörən addımlarla göstərdi ki, Azərbaycan dövləti güclüdür, qüvvətlidir və Ulu Öndərin etibar etdiyi dövlətçilik sükanı etibarlı əllərdədir. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı ictimi birliyinin layihələr üzrə rəhbəri Həqiqət xanım Şükürova bildirdi ki, müstəqilliyimizi yenicə əldə etdiyimiz dönəmdə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev dövlətimizi məhv olmaqdan xilas etdi.Qısa müddət ərzində siyasi arenada öz müdrik qərarları ilə Azərbaycanın xeyrinə dönüş yaradan Heydər Əliyev həm daxili və həmdə xarici siyasətdə nəzarəti tam olaraq ələ aldı.O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərcilk var idi. Bu gün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. Əməkdar müəllim Mirsəyyaf Zamanlı və digər çıxış edənlər bildirdilər ki, Heydər Əliyevin respublika rəhbərliyinə bu böyük qayıdışı siyasi-iqtisadi böhran içində boğulan Azərbaycanı böyük fəlakətlərdən xilas etdi. Müdrik rəhbərin qısa zaman kəsiyində həyata keçirdiyi tədbirlərlə cəbhə xəttində atəşkəsə nail olundu, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alındı. Sonda Dədə Şəmşirin Ulu öndər Heydər Əliyevə həsr etdiyi Zərli tac kamallı başa yaraşır adlı poemasından şerlər sələndirdilər.


BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev