''Aşıq Şəmşir" Mədəniyyət Ocağı Məmməd Aslanın 80 illik yubileyini qeyd etdi - FOTOLAR

"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə şair, tərcüməçi Məmməd Aslanın 80 illik yubileyinə həsr olunmuş poeziya gecəsi keçirilib.

Tədbirdə Məmməd Aslanın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Onun ümummilli lider Heydər Əliyevlə həmsöhbət olduğu fraqment tədbir iştirakçılarına göstərilib.

Eyni zamanda videoçarxda İctimai Birliyin sədri Qənbər Şəmşiroğlunun Məmməd Aslanla bağlı xatirələri yer alıb.

Tədbirdə çıxış edən "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov mərhum şairlə bağlı xatirələrini bölüşüb: "Mən Məmməd müəllimi uşaqlıqdan tanıyıram. O, bizim ailəmizin bir üzvü olub. Kəlbəcərə çox bağlı olan biri olub. Məmməd müəllimin mənim uşaqlıq həyatımda qoyduğu izlər sonradan ictimai həyatda formalaşmağımda rol oynayan amillərdən biridir. O həm də gözəl bir rəssam idi. Bu gün onun çəkdiyi şəkilləri xatirə kimi saxlayıram. Bu gün babamın, nənəmin istifadə etdiyim şəkillərini bir zamanlar Məmməd Aslan köçürüb. Onun xüsusi zarafatları var idi. O eyni zamanda dövlətini sevən adam idi, dövlətçilik və Vətən yolunda canını qurban verməyə hazır bir şəxs idi. Məmməd Aslana Əməkdar Mədəniyyət İşçisi fəxri adı verilib, eyni zamanda "Şöhrət" ordeni ilə təltif edilib. Onu hamımız xatirəmizdə saxlayacağıq".

Daha sonra Əməkdar mədəniyyət işçisi Ədalət Dəlidağlı "Ruhani" saz havasının müşayiəti ilə Məmməd Aslanın şeirlərini səsləndirib.

Tədbir Xalq şairi Sabir Rüstəmxanlının və digər şəxslərin Məmməd Aslanla bağlı səsləndirilən fikirləri ilə davam etdirilib.

Sonda aşıqlar tərəfindən müxtəlif saz havaları ifa edilib.

Report.az

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev