“Aşıq Şəmşir” Mədəniyyət Ocağı Ramazan Bayramı münasibətilə aztəminatlı ailələrə sovqat çatdırdı



“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Ramazan Bayramı münasibətilə Bakı şəhərində məskunlaşan 300-dən artıq aztəminatlı kəlbəcərli ailə ilə onların müvəqqəti məskunlaşdıqları yaşayış yerlərində görüş keçirib. İctimai Birliyin sədri Qənbər Qurbanovun tapşırığı ilə şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və tənha yaşayanlarla keçirilən görüş zamanı onlara bayram sovqatı çatdırılıb.



Qeyd olunub ki, özünün xeyriyyəçilik missiyası ilə hər zaman seçilən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi xüsusilə əlamətdar günlərdə, milli bayramlarımızda qaçqın və məcburi köçkünləri, şəhid ailələrini ziyarət edir, onların qayğıları ilə maraqlanır, problemlərinin həlli ilə məşğul olur. Görüşlərdə aztəminatlı ailələrin və şəhid ailələrinin nümayəndələri, veteranlar dövlət başçısının bütün vətəndaşların, o cümlədən qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər gördüyünü xüsusi vurğulayıblar. Onlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, eyni zamanda “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinə minnətdarlıq ediblər.



Hər zaman dövlətə, ölkə başçısının apardığı siyasətə sadiq olduqlarını bildirən kəlbəcərlilər eyni zamanda əminliklərini ifadə ediblər ki, ölkə Prezidentinin apardığı məqsədyönlü siyasət nəticəsində onlar doğma torpaqlarına dönəcəklər və gələcək bayramlarını öz yurd-yuvalarında qarşılayacaqlar.

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev