"Aşıq Şəmşir " Mədəniyyət Ocağı UNESCO Tərəfdaşlar Forumunda ölkəmizi təmsil edib



Parisdə UNESCO-nun mənzil -qərargahında UNESCO Tərəfdaşlar Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə UNESCO Milli Komissiyaları, qeyri-hökumət təşkilatları, inkişaf agentlikləri və özəl sektor nümayəndələri iştirak edib. Forumda Azərbaycan QHT-lərini “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin nümayəndəsi Fazil Qasımov təmsil edib.

Tədbirdə UNESCO-nun baş direktoru Odri Azuley təşkilatın təhsil, elm, mədəniyyət və media sahəsində çoxtərəfli əməkdaşlığı dəstəklədiyini ifadə edib.


İki gün davam edən forumda BMT-nin davamlı inkişaf hədəflərinin monitorinqi, UNESCO-nun böhranlara hazırlığı, təşkilatın layihələrinə cəlb olunmağın artırılması yolları, keyfiyyətli təhsilə əlçatanlığın artırılmasına töhfələri, gənclərin özünüifadəsi və digər aktual məsələlər müzakirə olunub.

İctimai Birliyin nümayəndəsi Fazil Qasımov foruma dəvətə görə UNESCO baş direktoruna təşəkkürünü bildirərək Azərbaycanla UNESCO arasında əlaqələrin inkişafında xoşməramlı səfir Mehriban Əliyevanın misilsiz xidmətlərini vurğulayıb. Fazil Qasımov UNESCO ilə əməkdaşlığın ölkəmizin mədəniyyət siyasətinə töhfə verdiyini və Azərbaycan QHT-lərinin təşkilatın layihələrinə yüksək maraq göstərdiyini qeyd edib.


Xatırladaq ki, 2016-cı il iyunun 1-də UNESCO-nun “Qeyri-maddi mədəni irsin mühafizəsi üzrə Konvensiya”ya üzv dövlətlərin Baş Assambleyasının 6-cı sessiyasında “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin UNESCO-da akkreditasiyasına dair qərar qəbul olunub və İctimai Birliyə qurumda məsləhətçi status verilib.


BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev