top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

“Aşıq Şəmşir” Mədəniyyət Ocağının nümayəndəsi Qarsda Sarıqamış şəhidlərini anma mərasimində iştirak


Qarsda keçirilən Sarıqamış şəhidlərini anma mərasimində iştirak edən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin nümayəndəsi Fazil Qasımov Qars meri Rahmi Doğanla görüşüb.


AZƏRTAC xəbər verir ki, görüşdə Qars meri anma mərasimində iştirakına görə azərbaycanlılara təşəkkürünü bildirərək Azərbaycan və Türkiyə arasında tarixi dostluq əlaqələrinin güclənməsində dövlət başçıları səviyyəsində atılan addımlarla birlikdə qeyri-hökumət təşkilatlarının fəallığının əhəmiyyətini qeyd edib. Fazil Qasımov Qars merinə İctimai Birliyin fəaliyyəti haqqında ətraflı məlumat verib. Tarixi İpək yolunun yenidən canlandırılmasının Türkiyənin şərq əyalətləri, o cümlədən Qars ilə Azərbaycan şəhər və rayonları arasında mədəni, iqtisadi əlaqələrin güclənməsinə töhfə verəcəyini vurğulayıb. Mədəniyyət ocağının aşıqlar, ozanlar yurdu Qarsda mədəni tədbirlər keçirmək planları barədə danışan birliyin nümayəndəsi Qars Qafqaz Universiteti və Qarsın Azərbaycan icmasını təmsil edən QHT-lərlə əməkdaşlıq perspektivlərini müzakirə edib. Görüşdə, İctimai Birliyin dəstəyi ilə Qars Qafqaz Universitetində UNESCO kürsüsünün qurulması təklif olunub.



Sonra Rahmi Doğana Aşıq Şəmşirin Türkiyədə nəşr olunan şeirlər məcmuəsi və portreti hədiyyə edilib. Xatırladaq ki, 103 il əvvəl Birinci Dünya müharibəsinin Qafqaz cəbhəsində gedən döyüşlərdə Osmanlı ordusunun 90 minə yaxın əsgəri faciəli şəkildə donaraq can verib. Hər il Sarıqamış şəhidlərinin xatirəsinə Türkiyədə dövlət səviyyəsində silsilə tədbirlər keçirilir. 


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page