“Aşıq Şəmşir” Mədəniyyət Ocağından “Evdə qal, cəmiyyəti qoru” növbəti aksiyası

“Aşıq Şəmşir” Mədəniyyət Ocağından “Evdə qal, cəmiyyəti qoru” kampaniyasi çərçivəsində növbəti aksiya.


Ölkənin aparıcı QHT-lərindən olan “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə rəhbərliyi tərəfindən uğurla həyata keçirilən mübarizə tədbirlərinə öz dəstəyini davam etdirir. Pandemiyanın elan olunuğu ilk günlərdən ölkə rəhbərliyinin çağırışına qoşulan İctimai Birlik olaraq xeyriyyə aksiyaları keçirir. Bu həftə də İctimai Birliyin sədri, el ağsaqqalı Qənbər Qurbanovun təşəbbüsü ilə Bakıda sosial qayğıya ehtiyacı olan 80-dən çox vətəndaşa müvafiq yardımlar edilib, eyni zamanda onlara İctimai Birliyin fəalları tərəfindən maarifləndirici məlumatlar verilib. Qeyd edək ki, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən bu məqsədlə indiyədək 800-dən çox ailəyə müavafiq yardımlar göstərilib. Sakinlər bu çətin və məsuliyyətli günlərdə dövlətin hərətərəfli qayğısı ilə əhatə oluduqlarını qeyd ediblər və bütün bunlara görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də fədakar Azərbaycan həkimlərinə və polislərə minnətdarlıq bildiriblər.


Dövlət başçısının “Biz birlikdə güclüyük” çağırışını kredo seçən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin fəalları bu cür xeyriyyə aksiyalarını növbəti həftələrdə də davam etdirəcəklər.



BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev