“Aşıq Şəmşir” MOİB Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96 illiyi bağlı tədbir keçirib


“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə tədbir keçirilib.

Tədbiri “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov açaraq, iştirakçıları İctimai Birliyin sədri Qənbər Qurbanovun adından salamlayıb. Həbib Misirov bildirib ki, may ayının 10-da xalqımızın xilaskarı, görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96 ili tamam olur. Natiq qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin adı tariximizə qızıl hərflərlə yazılıb.


90-cı illərdə ölkəmizdə yaranmış gərgin ictimai-siyasi durumdan xalqımız məhz ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətləri sayəsində çıxıb, Azərbaycan dağılmaq, parçalanmaq təhlükəsindən xilas olub. Natiq qeyd edib ki, görkəmli dövlət xadimi Heydər Əliyev bütün həyatını, ömrünü Azərbaycan xalqının rifahına, dövlətçiliyimizin möhkəmlənməsinə sərf etmişdir. Bu günkü qüdrətli Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir. O, xüsusi vurğulayıb ki, qədirbilən xalqımız Ulu Öndərin adını, şəxsiyyətini və irsini özünün bəşəriyyətə bəxş etdiyi möhtəşəm fenomen olaraq daim qəlbində yaşadacaqdır. Bu gün xalqımız həm də ona görə xoşbəxtdir ki, Ulu Öndərin başladığı uğurlu yol davam edir, onun siyasi xətti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən inkişaf etdirilir, ölkəmiz günü-gündən çiçəklənir, Azərbaycan dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir.


Sonra Bakı Dövlət Universitetinin professoru, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Şahlar Əsgərov Ulu Öndərin müstəqil Azərbaycan Respublikasının qurulmasındakı rolu barədə geniş məruzə ilə çıxış edib. Alim görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi xidmətlərindən söz açıb, onu dünyanın ən nüfuzlu siyasi xadimlərindən biri kimi dəyərləndirib. Ulu Öndərin müdrik fikirlərindən nümunələri görüş iştirakçılarının diqqətinə çatdıran professor Şahlar Əsgərov xüsusi vurğulayıb ki, görkəmli dövlət xadiminin zəngin irsi müntəzəm olaraq öyrənilməli, onun ideyaları təbliğ olunmalıdır. Alimin məruzəsi ətrafında maraqlı diskussiya aparılıb, Şahlar Əsgərov gənclərin suallarını cavablandırıb və onlara öz tövsiyələrini bildirib. Tədbirin sonunda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Dədə Şəmşirin Ulu Öndər Heydər Əliyevə həsr etdiyi şeirlərin əsasında hazırlanmış video-çarx nümayiş etdirilib.


#Tədbir #HeydərƏliyev #AşıqŞəmşirMOİB #ShahlarAsgerov #HebibMisirov #ictimaixadim

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev