top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

"Aşıq Şəmşir-saz, söz bayramı" adlı təntənəli tədbir keçirilib - FOTOLAR


Martın 15-də Əməkdar incəsənət xadimi, şöhrət ordenli ustad aşıq Dədə Şəmşirin anadan olmasının 125 illiyinə həsr olunmuş "Aşıq Şəmşir-saz, söz bayramı" adlı təntənəli tədbir keçirilib.


Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Aşıqlar Birliyinin və "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai birliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən tədbirdə yüzlərlə Şəmşirsevər iştirak edib. Musavat.com-un əməkdaşının verdiyi məlumata görə mərasimdə Milli məclisin deputatları, nazirlər, komitə sədrləri də iştirak edib. Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm xadimi, professor Məhərrəm Qasımlı çıxış edərək bildirdi ki, Aşıq Şəmşir 1893-cü ildə Kəlbəcər rayonun Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Söz –sənət tariximizdə Ağdabanlı şair Qurban adı ilə qalan tanınmış el şairi aşıq Ələsgərin müasiri olmuş, onların yaxın ünsiyyıtindən, dostluq əlaqələrindən bir sıra deyişmələri yadigar qalmışdır. Belə bir mühitdə daxili dünyasını tapan Dədə Şəmşir verilmiş ilahi vəhyini bu ustadların və uluların təsiri ilə cilalanmış, çox keçmədən istedadlı el şairinə çevrilmiş və dədəlik mərtəbəsinə qədər ucalmış, aşıq-ozan sənətinin inkişafına öz töhfələrini vermişdir. Onun böyük söz ustadı, Xalq şairi Səməd Vurğunla görüşü isə bu gün də dillərdə dastandır. 1958-ci ildə ilk dəfə musiqişünas Əminə Eldarova Aşıq Şəmşirin ifasında 75 aşıq havasını lentə köçürüb. Aşıq Şəmşirin “Şerlər” adlı ilk kitabı 1959-cu ildə “Akademiya” nəşriyyatı tərəfindən buraxılıb.Sonralar ustad sənətkarın “Qoşmalar” “Seçilmiş əsərləri”, “Dağ havası” , “Şerlər”, “Öyüdlər “Dədə Şəmşir Yaddaşlarda” “Dədə öyüdləri”və s. kitabları da çap edilibdir. Yaxın tarximizin quruculuq dövrü olan yetmiş- səksəninci illər tərəqqisini öz gözləri ilə görüb ilhama gələn ustad sənətkarın xalqımızın böyük oğlu Heydər Əliyevə həsr etdiyi şeirlər üstündən illər keçdikdən sonra bu gün də zamanla həmahəng səslənir. Dədə Şəmşirin nəvəsi Millət vəkili Cavid Qurbanov tədbirin təşkilatçılarına və qonaqalra öz minnətdarlığını bildirərək qeyd etdi ki, Ulu öndər Heydər Əliyev el sənətkarınının sənətinə yüksək qiymət verərək 2003-cü ilin iyulun 5-də Azərbaycan yazıçılar birliyinin üzvü, əməkdar incəsənət xadimi Şərəf ordenli Aşıq Şəmşirin anadan olmasının 110 illiyinin ölkə miqyasında qeyd edilməsi üçün sərəncam imzaladı. Sərancamla Göygöl rayonundakı yeddiillik uşaq musiqi məktəbinə də Aşıq Şəmşirin adı verildi. Göygöl rayonda büsütü uçaldıldı, adına küçə verildi. Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin və 1-çi Vitse Prezident Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı sayəsində Aşıq sənəti YUNESKO-nun Qeyri-maddi-mədəni irsin qorunması siyahısına daxil edilib. Bu hadisə təkçə sənətsevərlər deyil, bütünlükdə xalqımız tərəfindən yüksək dəyərləndirilir. Bu həmçinin Aşıq Şəmşirin timsalında haqq dərkahına qovuşmuş aşıqlarımızın ruhuna olan hörmətin ifadəsidir. Bu gün dövlətimiz tərəfindən Aşıq Şəmşir irsi qorunur və qayğı ilə əhatə olunubdur. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyidir. Birliyin məqsədi milli mədəniyyətimizi, adət-ənənələrimizi, aşıq sənəti, Aşıq Şəmşirin irsinin və digər incəsənət nümunələrini toplamaq, araşdırmaq, onları qoruyub yaşatmaq və gələcək nəsillərə çatdırılmasına köməklik göstərməkdən ibarətdir. 2015-cı ildən isə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi UNESCO-da məsləhətçi statusu qazanıb. Bakı şəhərində fəaliyyətə başlamış Aşıq Şəmşirin xatirə muzeyində isə Miskin Abdaldan başlayıb Dədə Şəmşirin nəvələri ilə davam edən böyük aşıq nəsli ilə bilavasitə bağlı materiallar təqdim olunur. Aşıq Şəmşir 1980-ci ildə dünyasını dəyişib. 1992-ci ilin aprelində erməni quldurları Dədə Şəmşirin doğma kəndi Ağdabanda əsl soyqırımı nümayiş etdirdilər. Ustad sənətkarın ən yaxın qohum əqrabası amansızlıqla qətlə yetirildilər. Həmin dəhşətli günlərin Ağdabanlı Şair Qurbanın və Dədə Şəmşirin əlyazmaları tamamilə yandırılmışdır. 




















Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page