top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Aşıq Şəmşir - Xalq ruhunun tərcümanı.


Aşıq Şəmşirin anadan olmasının 125 illiyi təntənəli şəkildə qeyd edilib.


Aşıq Şəmşir Azərbaycanın çoxəsrlik şifahi sənət ənənələrini layiqincə davam etdirərək meydana gətirdiyi rəngarəng poetik-bədii nümunələrlə milli folklor xəzinəsini daha da zənginləşdirmiş görkəmli söz ustalarındandır. Qədim saz havalarının və dastanların mahir ifaçısı kimi tanınan el sənətkarı daim Vətən torpağına bağlı olub, yaradıcılığı boyunca xalqın duyğu və düşüncələrini, yüksək mənəvi keyfiyyətləri və yurdun təbiət gözəlliklərini tərənnüm etmişdir. Bu il Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin anadan olmasının 125 illiyi tamam olur. Ölkəmizdə Prezident İlham Əliyevin Sərəncamı ilə söz ustadının 125 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir.


AZƏRTAC xəbər verir ki, bu fikirlər oktyabrın 12-də Aşıq Şəmşirin anadan olmasının 125 illiyi münasibətilə Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən tədbirdə səslənib. Mədəniyyət Nazirliyinin dəstəyi Azərbaycan Aşıqlar Birliyi və “Türk dünyası Qorqud Ata aşıqlar karvanı” layihəsinin təşkilatçılığı ilə reallaşan tədbirdə Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri və incəsənət adamları iştirak ediblər. Gecədə çıxış edən Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı və “Türk dünyası Qorqud Ata aşıqlar karvanı” layihəsinin rəhbəri Menderes Dəmir bəy Aşıq Şəmşirin həyatından və yaradıcılığından söz açıblar.


Bildirilib ki, Aşıq Şəmşir Azərbaycanın çoxəsrlik şifahi sənət ənənələrini layiqincə davam etdirərək yaratdığı rəngarəng poetik-bədii nümunələrlə milli folklor xəzinəmizi daha da zənginləşdirən görkəmli söz ustadıdır. Vurğulanıb ki, sənətkarın anadan olmasının 125 illiyi münasibətilə bir sıra tədbirlər: kitab müzakirəsi, oxucu konfransı, rəsm və şeir müsabiqəsi, ədəbi-bədii gecələr keçirilir və bu mərasimlər Azərbaycanla yanaşı, digər türkdilli ölkələrdə də qeyd edilməkdədir.


Aşıq Şəmşirin toxunduğu bütün mövzular – dostluq və xəyanət, həqiqət və yalan, xeyirxahlıq və zülm – əsl həyat ensiklopediyasıdır, həyat təcrübəsidir və məhz bu xüsusiyyətlər ilə insanları özünə cəlb edir. Aşıq sənətinə xidmət edən, söz sənətinə ucalıq gətirən el sənətkarı Aşıq Şəmşir, xalqın daim böyük sevgi, hörmət bəslədiyi Azərbaycan aşıq sənətinin sözün əsl mənasında zirvələrə qaldırıb.





Aşıq Şəmşirin “Şeirlər” adlı ilk kitabı 1959-cu ildə “Akademiya” nəşriyyatı tərəfindən buraxılıb. Sonralar müəyyən fasilələrlə ustad sənətkarın “Qoşmalar”, “Seçilmiş əsərləri”, “Dağ havası”, “Şeirlər”, “Öyüdlər” və s. kitabları işıq üzü görüb. Bu onun yaradıcılığının bir hissəsidir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı, sənətkarın nəvəsi Cavid Qurbanov tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. O, saz-söz ustadı Aşıq Şəmşirin Azərbaycan ədəbiyyatına bəxş etdiyi zəngin mədəni irsdən söz açıb, babası haqqında maraqlı xatirələrini bölüşüb. Ümummilli lider Heydər Əliyevin xalqımızın ən qədim mənəvi dəyərlərindən olan aşıq sənətinə, XX əsr Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndələrindən biri Aşıq Şəmşirin yaradıcılığına göstərdiyi diqqət və qayğıdan danışan C.Qurbanov Prezident İlham Əliyevin Sərəncamı ilə söz ustadının 125 illik yubileyinin ölkəmizdə silsilə tədbirlərlə qeyd edildiyini vurğulayıb. O, bu diqqət və qayğıya görə ailəsi adından minnətdarlığını bildirib. Tədbirdə iştirakçılara Azərbaycan Aşıqlar Birliyinin və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin ustad aşığın anadan olmasının 125 illiyi münasibətilə çap etdirdiyi “Dədə Şəmşir ərməğanı” kitabı və sənətkarın səs yazılarından ibarət disk təqdim edilib. Sonda Azərbaycan Aşıqlar Birliyinin və “Türk dünyası Qorqud Ata aşıqlar karvanı” layihəsinin diplomları təqdim edilib  


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page