Aşıq Şəmşirin 125 illiyinə həsr olunmuş möhtəşəm tədbir - FOTOLAR


Martın 15-də Əməkdar incəsənət xadimi, şöhrət ordenli ustad aşıq Dədə Şəmşirin anadan olmasının 125 illiyinə həsr olunmuş "Aşıq Şəmşir-saz, söz bayramı" adlı təntənəli tədbir keçirilib.


Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən tədbirdə yüzlərlə Şəmşirsevər iştirak edib. Musavat.com-un əməkdaşının verdiyi məlumata görə mərasimdə Milli məclisin deputatları, nazirlər, komitə sədrləri də iştirak edib. Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı Dədə Şəmşirin və onun yaradıcılığı haqqında geniş məlumat verib. Ustadın Azərbaycan aşıq sənətinə, poeziyasına, mədəniyyətinə verdiyi töhfələrdən söz açıb. 













Aşığın lent yazıları dinlənilib. Dədə Şəmşirin şeirlərindən ibarət aşıq havaları sənət adamları tərəfindən ifa edilib. Məhərrəm Qasımlı dövlətin və prezidentin Dədə Şəmşir sənətinə yüksək qiymət verdiyini vurğulayıb. Daha sonrta ustadın tədbirdə iştirak edən oğlu Qənbər Qurbanovun təşəkkürünü çatdırıb. Musavat.com


BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev