top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Aşıq Şəmşirin anadan olmasının 125 illiyi UNESCO-da qeyd edildi



Parisdə, UNESCO-nun mənzil-qərargahında “Qeyri-maddi mədəni irsin mühafizəsi haqqında Konvensiya”nın iştirakçı dövlətlərinin Baş Assambleyasının 7-ci sessiyası keçirilib. Sessiya çərçivəsində, habelə UNESCO-da akkreditasiyadan keçmiş qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə UNESCO QHT Forumu baş tutub. Moderator.az xəbər verir ki, UNESCO QHT Forumunda Aşıq Şəmşirin anadan olmasının 125 illiyi qeyd edilib. İctimai birliyin nümayəndəsi Fazil Qasımov forumda Aşıq Şəmşirin ədəbi irsi haqqında ətraflı məlumat verib. Azərbaycanın aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin UNESCO-da məsləhətçi statusu qazanması ilə ölkəmizdə bu sənətin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirən Fazil Qasımov milli mədəniyyətin qorunub saxlanmasında xalq musiqisinin əvəzsiz rolunu vurğulayıb. 


Fazil Qasımov, həmçinin UNESCO-nun qeyri-maddi mədəni irs şöbəsinin müdiri Tim Kurtis ilə görüşüb. Görüşdə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin UNESCO ilə əməkdaşlığının yeni layihələrlə daha da genişlənəcəyinə əminlik ifadə olunub. Fazil Qasımov Aşıq Şəmşirin anadan olmasının 125 illiyinə ithaf olaraq düzəldilmiş sazı və sənətkarın ifa etdiyi 75 saz havasından ibarət diski UNESCO-nun sözügedən şöbəsinə hədiyyə edib. Qeyd edək ki, sessiya ərzində Baş Assambleyanın keçirildiyi binada “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin stendi qurulub. Ziyarətçilərə Azərbaycanın qeyri-maddi mədəni irsi, aşıq sənəti və ictimai birliyin fəaliyyəti barədə məlumat verilib. 

Moderator.az

#DədəŞəmşir125

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page