Aşıq Şəmşirin anadan olmasının 125 illiyinə həsr olunmuş “Saz aşiqi” adlı tədbir keçirilib


20:20 | 12.09.2018


Sentyabrın 12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan aşıq sənətinin böyük nümayəndəsi Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin anadan olmasının 125 illiyinə həsr olunmuş “Saz aşiqi” adlı tədbir keçirilib.


Tədbiri giriş sözü ilə Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova açdı. O, çıxışında qeyd etdi ki, tədbirin Yasamal rayonunda yerləşdiyi Heydər Əliyev Mərkəzində keçirilməsi Aşıq Şəmşirin xatirəsinin bir daha əbədiləşdirilməsidir. T.Muradova son aylar Yasamal rayonunda böyük quruculuq işlərinin aparılması, rayonun günü-gündən abadlaşdırması haqqında tədbir iştirakçılarına məlumat verdi.



Sonra söz Yasamal rayon MKS-inin direktoru, “İnformasiya hamı üçün” YUNESKO Proqramının Azərbaycan Komitəsinin sədri Lətifə Məmmədovaya verildi. Bütün qonaqları salamlayaraq o, Dədə Şəmşirin doğma Kəlbəcərindən, yazdığı əsərlərdən, gözəl ifalarından söhbət açdı və qeyd etdi ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasını təmin etmək məqsədi ilə Aşıq Şəmşirə həsr olunmuş silsilə tədbirlər keçirilir.



Aşıq Şəmşir Mədəniyyət Ocağının sədr müavini Həbib Misirov məlumat verdi ki, İctimai birlik tərəfindən 800 layihə həyata keçirilib. Aşıq Şəmşirin 125 illik yubileyinin YUNESKO-da qeyd olunması barədə məlumat verdi. O, qeyd etdi ki, aşıq sənətinin dünyanın qeyri maddi-mədəni irs siyahısına salınmasında Birinci vitse-prezidentin Mehriban Əliyevanın böyük xidmətləri var. Daha sonra o, aşığın böyüyüb boya-başa çatdığı kənddən söhbət açaraq, tədbir iştirakçılarına maraqlı məlumatlar verdi. Və yaxın vaxtlarda Səbail rayonunda Aşıq Şəmşirin ev-muzeyinin açılacağını bildirdi. Azərbaycan Milli Konservatoriyasının tələbəsi, Beynəlxalq müsabiqələr laureatı İslam Qasımovun canlı ifasında Müslüm Maqomayevin “Azərbaycan” mahnısı səsləndi. Tədbirdə Aşıq Ədalət Dəlidağlının ifasında “Ruhani” və “Orta sarıtel”, aşıq Əli Pənahoğlunun ifasında isə “Ağır şərili” havaları səsləndirildi.




Suraxanı rayon 84 №-li məktəbin şagirdi Sadıq Nəbili “Aşıq Ələsgər” şeirini söylədi. 

Tədbir iştirakçılarına Aşıq Şəmşirin anadan olmasının 125 illiyinə həsr olunmuş 2 videoçarx nümayiş etdirildi. 

Tədbirə dəvət olunanlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin muzeyini ziyarət etdilər. 

#AşıqŞəmşir

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev