Aşıq Şəmşirin anadan olmasının 128 illiyi büstü qarşısında anılıb.


Azərbaycanın çoxəsrlik şifahi sənət ənənələrini layiqincə davam etdirərək meydana gətirdiyi rəngarəng poetik-bədii nümunələrlə milli folklor xəzinəsini daha da zənginləşdirmiş görkəmli söz ustadı, qədim saz havalarının və dastanların mahir ifaçısı, el sənətkarı, daim Vətən torpağına bağlı olub, yaradıcılığı boyunca xalqın duyğu və düşüncələrini, yüksək mənəvi keyfiyyətləri və yurdun təbiət gözəlliklərini tərənnüm edən Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin anadan olmasının 128 illiyi tamam olur.

Bu münasibətlə ölkəmizdə höküm sürən COVİD-19 pandemiyasına qarşı #Nazirlər #Kabinetinin müvafiq qərarlarına uğun olaraq, sosial izolyasiya qaydalarına əməl etməklə #Kəlbəcər #Rayon #İcra #Hakimiyyətinin başçsı #Azər #Qocayev və aidiyyəti qurumların rəhbərləri #Aşıq #Şəmşirin #Göygöl rayonunda yerləşən büstü önünə tər-gül dəstələri düzərək, hörmət və ehtiramlarını bildirdilər.


Anım tədbirində çıxış edən natiqlər, saz-söz ustadı Aşıq Şəmşirin Azərbaycan ədəbiyyatına bəxş etdiyi zəngin mədəni irsdən söz açıblar.Bildiriblər ki, Aşıq Şəmşirin toxunduğu bütün mövzular – dostluq və xəyanət, həqiqət və yalan, xeyirxahlıq və zülm – əsl həyat ensiklopediyasıdır, həyat təcrübəsidir və məhz bu xüsusiyyətlər ilə insanları özünə cəlb edir. Aşıq sənətinə xidmət edən, söz sənətinə ucalıq gətirən el sənətkarı Aşıq Şəmşir, xalqın daim böyük sevgi, hörmət bəslədiyi Azərbaycan aşıq sənətinin sözün əsl mənasında zirvələrə qaldırıb.

Aşıq Şəmşirin “#Şeirlər” adlı ilk kitabı 1959-cu ildə “#Akademiya#nəşriyyatı tərəfindən buraxılıb. Sonralar müəyyən fasilələrlə ustad sənətkarın “Qoşmalar”, “#Seçilmiş #əsərləri”, “#Dağ #havası”, “#Şeirlər”, “#Öyüdlər” və s. kitabları işıq üzü görüb. Bu onun yaradıcılığının kiçik bir hissəsini əhatə edir.



Aşıq Şəmşiri bütün dünyada tanıdan dahi şairimiz #Səməd #Vurğun olub. Səməd Vurğun Aşıq Şəmşirə yüksək dəyər vermişdi.Aşıq Şəmşir xalq şairimiz Səməd Vurğunla görüşəndən sonra, bir şair kimi, bir söz ustası kimi daha da şöhrətlənmişdir. Aşıq Şəmşirin şeirlərinin kitab kimi çap olunmasında və geniş oxucu kütləsi qazanmasında, Osman Sarıvəllinin böyük rolu olmuşdur

Ümummilli lider Heydər Əliyevin xalqımızın ən qədim mənəvi dəyərlərindən olan aşıq sənətinə, XX əsr Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndələrindən biri Aşıq Şəmşirin yaradıcılığına xüsusi diqqət və qayğı göstərmiş, saz-söz sənətində göstərdiyi xidmətlərə görə Aşıq Şəmşir, "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür. 1973-cü ildəUlu Öndər Heydər Əliyevin imzaladığı qərara əsasən, Aşıq Şəmşirin 80 illik yubileyi geniş qeyd olunmuş, "Şərəf Nişanı" ordeni ilə təltif edilmişdir. 1980-ci ildə isə daha bir qərara əsasən Kəlbəcərin Mədəniyyət evinə Aşıq Şəmşirin adı verilmişdir. Azərbaycanın müstəlillik illərində isə Heydər Əliyevin 2003-cü ildə imzaladığı sərəncama əsasən, Aşıq Şəmşirin 110 illik yubileyi dövlət səviyyəsində qeyd edilib, Göygöl rayonundakı 7 illik uşaq musiqi məktəbinə Aşıq Şəmşirin adı verildi və büstü ucaldılmışdır.



Aşıq sənətinə bu gün də dövlət səviyyəsində böyük diqqət yetirilir. Heydər Əliyevin mədəniyyət siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev və 1-ci Vitse-Prezident Mehriban xanım Əliyeva tərəfindən ləyaqətlə davam etdirilir. Heydər Əliyevin fondunun Prezidenti, #YUNESKO#İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsləri və dəstəyi ilə 2009-cu ildə Azərbaycanın aşıq sənəti #YUNESKO-nun #Qeyri-maddi #mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. 2010-cu ildən isə "#Aşıq #Şəmşir" #mədəniyyət #ocağı fəaliyyətə başladı. #Mədəniyyət #ocağı bütünlükdə aşıq sənətinin təbliğat və inkişaf mərkəzidir. Yarandığı gündən etibarən İctimai Birlik müxtəlif səpgili xeyiriyyə tədbirləri, seminarlar, debatlar, bilik olimpiadaları və konfranslar təşkil edir. Həmçinin gənc və istedadlı yazarların kitablarının nəşr edilməsinə yardımçı olur. Böyük aşıq nəslindən olan Aşıq Şəmşirin oğlu #Qənbər

#Şəmşiroğlunun diqqəti sayəsində mədəniyyət ocağında, milli mədəniyyətimizin və mədəni incilərimizin, adət-ənənələrimizin, aşıq sənəti, folklor və digər incəsənət nümunələrinin toplanması, araşdırılması, onların qoruyub yaşatması, təbliğ edilməsi və gələcək nəsillərə çatdırılması sahəsində böyük işlər görülüb. 2015-cı ildən "Aşıq Şəmşir" Mədəniyyət ocağı İctimai Birliyi isə #UNESCO-da məsləhətçi statusu qazanıb.


Mərkəzin nəzdində yaradılmış Aşıq Şəmşirin xatirə muzeyində isə Miskin Abdaldan başlayıb Dədə Şəmşirin nəvələri ilə davam edən böyük aşıq nəsli ilə bilavasitə bağlı materiallar təqdim olunur. Muzey eyni zamanda Azərbaycan aşıq sənəti, o cümlədən peşəkar bəstəkarlıq məktəbi nümunələrinin qorunub saxlanmasını və inkişaf ənənəsini nümayiş etdirir. Muzey ekspozisiyasında Azərbaycan Aşıq sənətinin tarixi, qədimdə yaranan və çağdaş dövrümüzə qədər gəlib çıxan alətlər, şəxsi əşyalar, sənədlərlə tanış olmağa və aşıq musiqisini dinləməyə imkan yaradılıb.


#Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Aşıq Şəmşirin mədəni irsinə yüksək qiymət vermiş və #Aşıq #Şəmşirin 125 illiyinin qeyd edilməsi haqqında 2 aprel 2018-ci il tarixli Sərəncam imzalamışdır.

Müzəffər Ali Baş Komandan, qalib sərkərdə, Azərbaycan Respublikasının #Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsində ölkəmiz inkişaf etmiş, ordumuz güclənmiş, xalq-iqtidar birliyi monolit qüvvəyə çevrilmişdir.Məhz bu birlikdən yaranan “#Dəmir #Yumruğun” hesabına 30 ilə yaxın düşmən taptağından olan ərazilərimiz azad olmuş və ərazi bütövlüyümüz bərpa edilmişdir.Bu gün saz-söz sənətinin dahi ustadı, əməkdar incəsənət xadimi Aşıq Şəmşirin yurdu saz-söz beşiyi Kəlbəcər rayonu indi azaddır.#Aşıq #Şəmşir #məktəbi #Kəlbəcərdə yeni-yeni saz-söz sərrafları yetişdirəcək və bizlər Dədə Şəmşirin növbəti yubleyini təbiətin möcüzəsi olan doğma #Kəlbəcərimizdə qeyd edəcəyik.

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.