"Aşıq musiqisi axşamları" layihəsi çərçivəsində “Aşıq Şəmşirin şeir dünyası” adlı ədəbi mu


Beynəlxalq Muğam Mərkəzində "Aşıq musiqisi axşamları" layihəsi çərçivəsində “Aşıq Şəmşirin şeir dünyası” adlı ədəbi musiqili konsert keçirilib.


Konsert proqramı Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə keçirilib. Aşıq Şəmşir 15 mart 1893-cü ildə Kəlbəcər rayonun Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Söz –sənət tariximizdə Ağdabanlı şair Qurban adı ilə qalan tanınmış el şairi aşıq Ələsgərin müasiri olmuş, onların yaxın ünsiyyıtindən, dostluq əlaqələrindən bir sıra deyişmələri yadigar qalmışdır. Belə bir mühitdə daxili dünyasını tapan Dədə Şəmşir verilmiş ilahi vəhyini bu ustadların və uluların təsiri ilə cilalanmış, çox keçmədən istedadlı el şairinə çevrilmiş və dədəlik mərtəbəsinə qədər ucalmış, aşıq-ozan sənətinin inkişafına öz töhfələrini vermişdir. Onun böyük söz ustadı, Xalq şairi Səməd Vurğunla görüşü isə bu gün də dillərdə dastandır. 1958-ci ildə ilk dəfə musiqişünas Əminə Eldarova Aşıq Şəmşirin ifasında 75 aşıq havasını lentə köçürüb. Aşıq Şəmşirin “Şerlər” adlı ilk kitabı 1959-cu ildə “Akademiya” nəşriyyatı tərəfindən buraxılıb.Sonralar ustad sənətkarın “Qoşmalar” “Seçilmiş əsərləri”, “Dağ havası” , “Şerlər”, “Öyüdlər “Dədə Şəmşir Yaddaşlarda” “Dədə öyüdləri”və s. kitabları da çap edilibdir. Yaxın tarximizin quruculuq dövrü olan yetmiş- səksəninci illər tərəqqisini öz gözləri ilə görüb ilhama gələn ustad sənətkarın xalqımızın böyük oğlu Heydər Əliyevə həsr etdiyi şeirlər üstündən illər keçdikdən sonra bu gün də zamanla həmahəng səslənir. Ulu öndər Heydər Əliyev də el sənətkarınının sənətinə yüksək qiymət verərək 2003-cü ilin iyulun 5-də Azərbaycan yazıçılar birliyinin üzvü, əməkdar incəsənət xadimi Şərəf ordenli Aşıq Şəmşirin anadan olmasının 110 illiyinin ölkə miqyasında qeyd edilməsi üçün sərəncam imzaladı. Sərancamla Göygöl rayonundakı yeddiillik uşaq musiqi məktəbinə də Aşıq Şəmşirin adı verildi. Göygöl rayonda büsütü uçaldıldı, adına küçə verildi. Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin və 1-çi Vitse Prezident Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı sayəsində Aşıq sənəti YUNESKO-nun Qeyri-maddi-mədəni irsin qorunması siyahısına daxil edilib. Bu hadisə təkçə sənətsevərlər deyil, bütünlükdə xalqımız tərəfindən yüksək dəyərləndirilir. Bu həmçinin Aşıq Şəmşirin timsalında haqq dərkahına qovuşmuş aşıqlarımızın ruhuna olan hörmətin ifadəsidir. Bu gün dövlətimiz tərəfindən Aşıq Şəmşir irsi qorunur və qayğı ilə əhatə olunubdur. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyidir. Birliyin məqsədi milli mədəniyyətimizi, adət-ənənələrimizi, aşıq sənəti, Aşıq Şəmşirin irsinin və digər incəsənət nümunələrini toplamaq, araşdırmaq, onları qoruyub yaşatmaq və gələcək nəsillərə çatdırılmasına köməklik göstərməkdən ibarətdir. 2015-cı ildən isə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi UNESCO-da məsləhətçi statusu qazanıb. Bakı şəhərində fəaliyyətə başlamış Aşıq Şəmşirin xatirə muzeyində isə Miskin Abdaldan başlayıb Dədə Şəmşirin nəvələri ilə davam edən böyük aşıq nəsli ilə bilavasitə bağlı materiallar təqdim olunur. Aşıq Şəmşir 1980-ci ildə dünyasını dəyişib. 1992-ci ilin aprelində erməni quldurları Dədə Şəmşirin doğma kəndi Ağdabanda əsl soyqırımı nümayiş etdirdilər. Ustad sənətkarın ən yaxın qohum əqrabası amansızlıqla qətlə yetirildilər. Həmin dəhşətli günlərin Ağdabanlı Şair Qurbanın və Dədə Şəmşirin əlyazmaları tamamilə yandırılıb məhv edilibdir. Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməsləri ilə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyərək bir sənətkar kimi öz məktəbini də yaratmışdı. Onun 40-dan artıq şəyirdi olub. Aşıq Qardaşxanın, Qəmkeş Allahverdinin, Aşıq Xalıqverdinin və bu gün çoxlarının yaxşı tanıdığı onlarla saz-söz nümayəndələrinin yetkinləşməsində, kamilləşməsində Aşıq Şəmşir məktəbinin əvəzsiz rolu olub. Aşıq Şəmşirin qeyri-adi səsi və çalğısı saz-söz sərrafı olan Kəlbəcər ellərində yüksək dəyərləndirilir, ustad sənətkarın orijinal ifaçılığı və şairliyi heç kəslə müqayisə edilmirdi.

Gecənin ssenari müəllifi Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Aşıqlar Birliyinin katibi Sənubər Bağırova çıxış edərək Dədə Şəmşir yaradıcılığından,aşıq sənətindəki görkəmli yerindən, yaratdığı aşıq havalarından və şeirlərinin bədii estetik xüsusiyyətlərindən söhbət açıb. Gecədə aşıqlardan Mirəli Mehdiyev, Roman Azaflı, Cahangir Quliyev, İlham Aslanbəyli, Altay Məmmədli, Neymət Qasımlı, Gülara Azaflı, Vüqar Qurbanov, Qaracan Borçalı, Şöhrət Kərimovun ifasında aşıq Şəmşirin “Qurbanın”, “Könül”, “Bülbül”, “Anam yadıma düşdü”, “Məni”, “Sənsiz”, “Dəysin”, “Birdə gül”, “Dağlar”, “Oğluyam” şeirlərini müxtəlif aşıq havaları üstündə səsləndiriblər. Konsert aşıq musiqisini,saz-söz sənətini sevənlər tərəfindən alqışlarla qarşılanıb.


BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev