Aşıq sənətinin Dədə Şəmşiri


Noyabrın 12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 12 nömrəli filialında Azərbaycan aşıq poeziyasının tanınmış simalarından olan Aşıq Şəmşirin 125 illiyinə həsr edilən “Aşıq sənətinin Dədə Şəmşiri” adlı tədbir keçirilib.


Tədbirdə aşığın yaradıcılığından, Azərbaycan aşıq poeziyasındakı mövqeyindən söhbət açılıb.

Filialın müdiri Vəsilə Məmmədova XX əsr Azərbaycan aşıq poeziyasının ən tanınmış simalarından biri Aşıq Şəmşirin anadan olmasının 125 illiyinin Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə silsilə tədbirlərlə qeyd edildiyini bildirib.

Tədbirdə şair-publisist Zərəngiz Dəmirçi, Aşıqlar birliyinin üzvü aşıq Ramiz Quliyev, müəllim Şahbaz Eyyubov və başqaları aşığın həyat və yaradıcılığından danışaraq ümummilli lider Heydər Əliyevin ustad aşıq Dədə Şəmşirin sənətinə yüksək qiymət verdiyini, onun haqqında söylədiyi fikirləri xatırladıblar: “Qədim köklərə malik Azərbaycan aşıq sənəti ənənələrinin davam etdirilməsi və zənginləşdirilməsində Aşıq Şəmşirin böyük əməyi vardır...”

Bildirilib ki, Aşıq Şəmşir 1893-cü il martın 15-də Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya göz açıb. Sənətkar ailəsində doğulan Şəmşir çox keçmədən el şənliklərində tanınmağa başlayıb. Dövrünün görkəmli aşığı Aşıq Ələsgərdən çox şey görüb-götürən Aşıq Şəmşir şifahi xalq ədəbiyyatımızın dərin bilicisi, mahir dastan ifaçısı olmaqla yanaşı, bədii yaradıcılığında Azərbaycan təbiətinin gözəlliklərini, Vətən sevgisini, torpağa, yurda məhəbbətini tərənnüm edib.

Vurğulanıb ki, Aşıq Şəmşirin xidmətləri dövlət tərəfindən hər zaman layiqincə qiymətləndirilib.


Tədbirdə Zəngilan musiqi məktəbinin, Kəlbəcər rayonunun Zabrat qəsəbəsində fəaliyyət göstərən 84 və 75 nömrəli orta məktəblərinin şagirdləri Aşıq Şəmşirin şeirlərini sazın müşayiəti ilə ifa ediblər

AZERTAC.


BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev