top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Aşıqlar Birliyindən Dədə Şəmşirin 125 illik yubileyi ilə bağlı silsilə tədbirlərin anonsu...



Bu il Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, respublikanın əməkdar incəsənət xadimi Aşıq Şəmşirin (Şəmşir Qurban oğlu Qocayevin) anadan olmasının 125 illiyi tamam olur. Bununla bağlı prezident İlham Əliyev sərəncam verib. Moderator.az-ın məlumatına görə, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı Modern.az saytına görüləcək işlərdən danışıb: “Biz Aşıq Şəmşirin 125 illiyi ilə bağlı artıq böyük bir tədbirimizi Azərbaycan Dövlət Flarmoniyasında keçirmişik. Aşıq Şəmşirin anadan olduğu gün yəni martın 15-də Aşıqlar Birliyi və Mədəniyyət və Turizm Nazirliyinin “Aşıq Şəmşir- söz bayramı” adlı tədbiri baş tutdu. 3 saatlıq konsertdə müxtəlif çıxışlar olub, Şəmşirin şeirləri, havaları səsləndirilib. Bundan sonra Beynəlxalq Muğam Mərkəzində “Aşıq Şəmşir şeiri” mövzusunda bir tədbir keçirildi. Prezident İlham Əliyevin Aşıq Şəmşirin 125 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı sərəncamından irəli gələrək, Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Azərbaycan Aşıqlar Birliyi artıq tədbirlər üzərində işləyir. Bu tədbirlər oktyabr-noyabr aylarına qədər davam edəcək”. M.Qasımlı qeyd edib ki, birinci növbədə Aşıq Şəmşirin kitablarının nəşri, onun haqqında elmi məqalələr məcmuəsinin dərc edilməsi önəmlidir: “O cümlədən bu ayın sonlarında Aşıq Şəmşirin Azərbaycanın müxtəlif bölgələrində , əsasən də Kələbəcər əhalisinin yerləşdiyi Gülüstan qəsəbəsində tədbirlərin keçirilməsi planlaşdırılır. Daha sonra Gəncə Dövlət Flarmoniyası, Qazax Mədəniyyət Sarayında, Xaçmazda Aşıq Şəmşir büstünün qarşısında böyük tədbirlər keçiriləcək. Eyni zamanda Bərdə və Yevlaxda, sonda isə Sumqayıtda Aşıq Şəmşirlər bağlı müəyyən işlər görüləcək. Yekun tədbir isə Bakıda mərkəzi saraylardan birində baş tutacaq. Bu müddət ərzində kütləvi informasiya vasitələrində Aşıq Şəmşirlə bağlı silsilə proqramlar hazırlanıb təqdim olunacaq. Çalışırıq ki, mümkün qədər Azərbaycanın İstanbuldakı konsulluğu ilə danışıqlar aparaq və Türksoy səviyyəsində Ankara və İstanbulda da Aşıq Şəmşirin 125 illik yubileyi ilə bağlı tədbirlər həyata keçirək. Digər ölkələrlə bağlı məsələlər isə yaxın zamanlarda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həll olunacaq”. 


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page