“AŞIQ ŞƏMŞİR” MƏDƏNİYYƏT OCAĞI İCTİMAİ BİRLİYİ XOCALI FACİƏSİ İLƏ BAĞLI TƏDBİR KEÇİRİB


“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən Kəlbəcər rayon 23 saylı tam orta məktəbdə Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Anım mərasimində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin fəal üzvləri, Kəlbəcər rayon 23 saylı orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.


Əvvəlcə faciə zamanı həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə çıxış edən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov Xocalı facisəinin ermənilər və onların havadarları tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə siyasətinin ən qanlı səhifələrindən biri olduğunu bildirib. O, qeyd edib ki, bu faciəyə hüquqi-siyasi qiymət xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən verilib. Ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rolundan bəhs edən natiq onu da vurğulayıb ki, 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası həyata keçirilir.


Sonra 23 saylı məktəbin direktoru Həqiqət Şükürova, məktəbin dil-ədəbiyyat müəllimi Sakibə xanım və başqaları çıxış edərək öz fikirlərini bölüşüblər, şagirdlərin vətənpərvər ruhda böyüməsi baxımından bu kimi tədbirlərin əhəmiyyətindən bəhs ediblər. Sonda tədbirdə iştirak edən məktəblilər tərəfindən Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev