“AŞIQ ŞƏMŞİR” Mədəniyyət Ocağının təşkilatçılığı ilə BAYRAQ GÜNÜNƏ həsr olunmuş tədbir keçirilib


Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi 9 noyabr Bayraq Günü münasibətilə Aşıq Şəmşir müzeyində Bakı şəhərində fəaliyyət göstərən 56 saylı Kəlbəcər rayon tam orta məktəbinin şagirdlərinin iştirakı ilə tədbir keçirib.

Tədbirdə Bayraq Gününün əhəmiyyətindən bəhs olub, bayrağımızın yaranma tarixi, onun rənglərinin simvolokası haqqında şagirdlərə məlumat verilib. Qeyd olunub ki, müstəqil Azərbaycan dövlətinin nüfuzu günbəgün artır, ölkəmiz dünya dövlətləri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir. Xüsusi vurğulanıb ki, 1993-cü ildən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə inkişaf yoluna qədəm qoyan müstəqil dövlətimiz hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin məqsədyönlü və ardıcıl siyasəti nəticəsində inkişaf edir. Bütün sahələrdə olduğu kimi ordu quruculuğunda da böyük uğurlarımız var və heç şübhəsiz üçrəngli bayrağımız Şuşada, Laçında, Kəlbəcərdə dalğalanacaqdır. Tədbir iştirakçıları “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən həyata keçirilən bu cür tədbirlərin şagirdlərdə vətənpərvərlik ruhunun formalaşması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər. Bayram tədbirində 56 saylı məktəbin şagirdləri vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər.

📷📷📷📷

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev