“AŞIQ ŞƏMŞİR” MƏDƏNİYYƏT OCAĞI XEYRİYYƏ AKSİYALARINI DAVAM ETDİRİR



Ölkəmizin ictimai-mədəni həyatında xüsusi rolu ilə seçilən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən tədbirlərə, təbliğat-maarifləndirmə işlərinə dəstək məqsədilə xeyriyyə aksiyalarını davam etdirir.

Pandemiyanın elan olunuğu ilk günlərdən ölkə rəhbərliyinin çağırışına qoşulan təşkilat bu həftə də İctimai Birliyin sədri, el ağsaqqalı Qənbər Qurbanovun tapşırğı ilə Bakıda, eyni zamanda Gəncə şəhəri və ətraf rayonlarda yaşayan yaşı 65-dən yuxarı olanlar, tənha insanlar, aztəminatlı və digər imtiyazlı ailələrlə görüşlər keçirib. Xeyriyyə aksiyası zamanı onlara İctimai Birlik tərəfindən ərzaq bağlamaları çatdırılıb, eyni zamanda müvafiq maarifləndirici məlumatlar verilib.

Görüşlərdə iştirak edən sakinlər bu çətin və məsuliyyətli günlərdə dövlətin hərətərəfli qayğısı ilə əhatə oluduqlarını qeyd ediblər və bütün bunlara görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.



Möhtərəm prezidentimiz İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışını özünün kredosu seçən edən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi növbəti həftələrdə də xeyriyyə aksiylarını davam etdiricəkdir.

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev