''AŞIQ ŞƏMŞİR'' mədəniyyət ocağı ictimai birliyi növbəti xeyriyyə aksiyası keçirib - FOTOLAR

“AŞIQ ŞƏMŞİR” MƏDƏNİYYƏT OCAĞI “EVDƏ QAL, CƏMİYYƏTİ QORU” KAMPANİYASI ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ DƏFƏ XEYRİYYƏ AKSİYASI KEÇİRİB.



Ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarından olan “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərə, təbliğat-maarifləndirmə işlərinə dəstək məqsədilə növbəti dəfə xeyriyyə aksiyası keçirilib.

İctimai Birliyin sədri Qənbər Qurbanovun tapşırığı və xüsusi himayəsi ilə keçirilən xeyriyyə aksiyasının məqsədi sosial qayğıya ehtiyacı olan vətəndaşların ehtiyaclarının ödənilməsi, bu həssas və taleyüklü məqamda onlara dəstək olmaqdan ibarətdir.

Bakı şəhərində, eyni zamanda Gəncədə keçirilən aksiya zamanı “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin fəalları sosial qayğıya ehtiyacı olan 100-dən artıq aztəminatlı, şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının ailələri ilə görüş keçirib. Bu dəfə də İctimai Birliyin xeyirxahlıq missiyasına uyğun olaraq sosial müdafiəyə və qayğıya ehtiyacı olan 100-dən artıq ailəyə ərzaq yardımı göstərilib, eyni zamanda onlara tibbi maska paylanılıb. Görüşlərdə iştirak edən sakinlər bu çətin və məsuliyyətli günlərdə dövlətin hərətərəfli qayğısı ilə əhatə olunduqlarını və bütün bunlara görə hər zaman xalqın yanında olan ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.



Ölkə başçısı İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarını əsas götürən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin fəalları qeyd ediblər ki, İctimai Birlik tərəfindən bundan sonra da koronavirusla mübarizə tədbirləri çərçivəsində fəaliyyət davam etdiriləcəkdir.

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev