ABŞ Dövlət departamentinin ingilis dili proqramları üzrə regional direktoru Kəlbəcər rayon 30 saylı



27 noyabr 2018-ci il tarixdə ABŞ-ın Dövlət departamentinin ingilis dili proqramları üzrə regional direktoru Con Silver Yevlax şəhər, Yeni qəsəbədə fəaliyyət göstərən Kəlbəcər rayon 30 nömrəli tam orta məktəbi ziyarət etmişdir. Con Silveri səfər zamanı ABŞ səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə attaşesi Haydi Smit müşayiət etmişdir. Qonaqları məktəbin rəhbərliyi və pedaqoji kollektivi, eləcə də Kəlbəcər RTŞ-nin məsləhətçisi qarşıladı. Səfər zamanı qonaqlar ABŞ hökümətinin maliyyələşdirdiyi İngilis dili üzrə kiçik həcmli təqaüd proqramı çərçivəsində keçirilən dərsləri müşayiət etdilər. Məlumat üçün bildiririk ki, ABŞ hökümətinin maliyyələşdirdiyi İngilis dili üzrə kiçik həcmli təqaüd proqramı çərçivəsində 6 noyabr 2018-ci il tarixdə Kəlbəcər rayon 30 nömrəli tam orta məktəbdə təşkil edilmiş 20 nəfər şagirddən ibarət qrupda dərslər həftədə 4 saat olmaqla 2 gün tədris edilir. Qonaqlar şagirdlərə ingilis dilində tədris vəsaitləri, disklər və s. hədiyyə etdilər. Qonaqlar məktəbdə şagirdlər üçün yaradılmış şəraitə görə məktəb rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər, və məktəbdən məmnun şəkildə ayrıldılar. Biz də Kəlbəcər RTŞ-nin kollektivi olaraq məcburi köçkün şagirdlərinə göstərilən qayğıya görə ABŞ-ın Azərbaycan səfirliyinə, xüsusilə Con Silver və Haydi Smitə, eləcə də səfərlə bağlı əlaqələndiriciləri Səbinə və Aysel xanıma öz minnətdarlığımızı bildiririk. Tədbirdən fotoşəkilləri təqdim edirik. 








11 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev