ABŞ rəsmilərindən ibarət nümayəndə heyəti Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyində və birliyi

Dördüncü Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Azərbaycana səfərə gələn ABŞ rəsmilərindən ibarət nümayəndə heyəti Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyində və birliyin nəzdində fəaliyyət göstərən Aşıq Şəmşir Memorial muzeyində olublar. Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin layihihələr üzrə rəhbəri Həqiqət xanım Şükürova bildirdi ki, nümayəndə heyətinə Los-Anceles Xristian Dini Mərkəzinin rəhbəri, yepiskop Xuan Karlos Mendez, Aydaho ştatının senatoru Marv Hagedorn, Los-Ancelesdəki Kral Fahad Məscidinin dinlərarası proqram direktoru Mahomed Xan, Kolumbiya ştatının Vaşinqton Hüquq Assosiasiyasının məsləhətçisi Janna Skot, ABŞ Prezidentinin təyin etdiyi Milli və Yerli Könüllü Cəmiyyətlər Xidmətinin səlahiyyətlisi Hyepin İm, Arizona ştatının keçmiş senatoru Karlayl Beqay, Pakistan-Amerika Məsələləri Şurasının nümayəndəsi Adnan Xan daxil olub. Əvvəlcə İctimai Birliyin sədri Qənbər Şəmşiroğlu ilə görüşən nümayəndə heyətinin üzvləri birliyin fəaliyyəti haqda məlumatlandırılıb. Sədr bildirib ki, Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi Azərbaycanın şifahi xalq sənətini, xüsusən YUNESKO-nun mədəni irs siyahısına daxil edilmiş aşıq sənətini təbliğ edir. İctimai Birlik YUNESKO-da rəsmi akreditasiyadan da keçib. Daha sonra qonaqlar muzeylə tanış olublar, muzeydə sərgilənən eksponaqlar, aşıq sənətinə aid olan çalğı alətləri, Azərbaycan dövlətinin aşıq sənətinə verdiyi böyük dəyər qonaqların böyük marağına səbəb olub. Onlar muzeydə saxlanan qədim çalğı alətlərinin hazırlanmış yeni modellərini heyranlıqla izləyiblər. Sonda qonaqlara İctimai Birliyin çap etdirdiyi müxtəlif kitablar, aşıq sənəti ilə bağlı bukletlər təqdim olunub.