ABBASOV FƏXRƏDDİN NƏCƏF OĞLU


Abbasov Fəxrəddin Nəcəf oğlu, 1957-ci ilin iyun ayının 16-da Kəlbəcər rayonunun Zar kəndində anadan olmuşdur. O, natamam orta məktəbin 8-ci sinifini Zar kəndində bitirmişdir. Sonra Mingəçevir 13 saylı orta məktəbində isə orta təhsilini başa vurmuşdur.

F.N.Abbasov 1975-1977-ci illərdə Rusiya Fedreasiyasında hərbi xidmətdə olmuşdur. 1980-ci ilə qədər doğma kəndində savxozda fəhlə işləmişdir.

1980-ci ildə Saratov vilayyətinə getmiş və orda RSFSR Daxili İşlər Nazirliyi Saratov vilayət DİN- də inspektor vəzifəsinə qəbul edilmişdir. 1980-1983-cü illərdə Voloqda şəhərində DİN-in orta ixtisas milis məktəbində oxumuşdur və oranı müvəffəqiyyətlə bitirmişdir. 1983-1989-cu illərdə Kirov vilayətində Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə çalışmış, tərbiyəvi hissə üzrə rəis müavini olmuşdur.


F.N.Abbasov 1989-cu ildə Leninqrad Ali Siyasi Universitetinə daxil olmuş, 1993-cü ildə indiki Rusiya Federasiyası DİN-in Sank-Peterburq Hüquq Universitetini bitirmişdir. O, 1993-1996-cı illərdə Sank-Peterburq Hüquq Universitetinin aspirantı olmuş, hüquq elmlər doktoru, professor Dmitri Anatoliyeviç Şestakovun rəhbərliyi altında “Ailə və tamahkarlıq zəminində cinayətkarlıq” mövzusunda dissertasiya müdafiə etmiş və hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır.


Rusiya Federasiyasının DİN Sank-Peterburq Hüquq Universitetinin rəisi, hüquq elmləri doktoru, professor, akademik, əməkdar elmi xadimi, Rusiya DİN-in fəxri əməkdaşı Rusiya hüquqşünaslar ittifaqının vitze-prizdenti, “Dövlət tarixi və hüquq” jurnalının redaksiya sovetinin rəisi, general-leytinant V.P.Saltıkov, bir neçə yüksək elmi rütbə sahibi, akademik, general-polkovnik S.V.Stepaşin və akademik R.F.İsmaqilov dissertasiyasına yüksək rəy vermişdir.


F.N.Abbasov müdafiədən sonra həmin universitetdə elmi işçi kimi saxlanılmışdır. O, 1996-98-ci illərdə həmn elm ocağında müxtəlif vəzifələrdə işləmişdir. Eyni zamanda, universitetdə elmi kadrların hazırlanması üzrə rəis müavini vəzifəsinə irəli çəkilmişdir.


F.N.Abbasov 2000-ci ildə hüquq kriminologiya üzrə baş elmi işçi və dossent seçilmişdir.

Hal-hazırda dossent F.N.Abbasov doktorluq işi üzərində işləyir-doktorantdır.

“Azərbaycan Respublikası cinayətkarlıq” mövzusunda doktorluq dissertasiyası üzərində çalışır. Müdafiə 2003-cü ildə nəzərdə tutulmuşdur.


İndiyə qədər o hüquq elminə aid 25-dək məqalə çap etdirmişdir. Kursk, Moskva, Sankt-Peterburq, Rostov və s. şəhərlərdə elmi konfranslarda məruzə və mühazirələrlə çıxış etmişdir. Etdiyi məruzələrin mətni həmin konfransın materiallarında çap etdirmişdir.

F.N.Abbasov ailə hüquqşünasıdır.


Evlidir 3 övladı var. Həyat yoldaşı ali təhsilli hüquqşünasdır.

32 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev