Ali məktəbə qəbul olan kəlbəcərli tələbələrlə görüş keçirildi - FOTOLAR

Updated: Sep 11, 2019

2019/2020-ci tədris ilində ali məktəblərə daxil olan kəlbəcərli tələbələrlə görüş keçirilib.

Gəncə şəhərində yerləşən 1500 ailəlik yeni qəsəbədəki Mədəniyyət Sarayında 2019/2020-ci tədris ilində ali məktəblərə daxil olan kəlbəcərli tələbələrlə görüş keçirilib. Tədbir Kəlbəcər rayon İcra Hakimiyyətinin və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığıl ilə baş tutub. Görüşdə ali məktəblərə yeni qəbul olunmuş tələbələrlə yanaşı onların valideyinləri, eyni zamanda Kəlbəcər Rayon Təhsil şöbəsinin əməkdaşları və ümumtəhsil müəssisələrinin pedaqoji kollektivləri də iştirak edib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov geniş məruzə ilə çıxış edərək tələbələri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Aqil Məmmədov ölkəmizdə təhsilə, elmin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə aparılan islahatların verdiyi bəhrələrdən danışaraq qeyd edib ki, bu tədris ilində Kəlbəcər rayonu üzrə tam orta məktəbləri bitirən 1127 nəfər məzundan 556 nəfər tələbə adını qazanıb, onlardan 14 nəfəri 600-dən çox bal toplayıb.

Tədbirdə çıxış edən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov görüş iştirakçılarını İctimai Birliyin sədri Qənbər Şəmşiroğlunun və 123 saylı Kəlbəcər seşki dairəsindən millət vəkili seçilmiş Cavid Qurbanovun adından salamlayıb, ali məktəblərə daxil olan gəncləri təbrik edib. Digər çıxış edənlər də ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər. Sonda ali məktəblərə daxil olmuş tələbələrə Millət vəkili Cavid Qurbanov tərəfindən ayırılmış pul mükafatları təqdim olundu.

kelbecer-ih.gov.az

0 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev