ALIYEV ƏBDÜL TALIB OĞLU


Alıyev Əbdül Talıb oğlu, 1940-cı ildə Kəlbəcər rayonunun Moz kəndində anadan olmuşdur. 1957-ci ildə Kəlbəcər orta məktəbini bitirərək, Azərbaycan Neft və Kimya İnstitutunun Kimya-texnologiya fakültəsinə daxil olmuşdur. O, 1962-ci ildə həmin institutunu (kimyaçı-mühəndis) ixtisası üzrə bitirərək, təyinatla Sumqayıt Sintetik Kauçuk zavoduna işləməyə göndərilir və bu zavodda 1966 cı ilədək aparatçı usta və növbə rəisi vəzifələrində çalışır. 1966-67-ci illərdə Sumqayıt Kimya Texnologiya Texnikumunda müəllim işləmişdir.

Ə.T.Alıyev elmi fəaliyyətə 1967-ci ildən Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun Sumqayıt şəhərində yenicə açılmış filialında başlamışdır. Həmin filial sonralar Xlor Üzvi Sintez İnstitutu, daha sonra isə Polimer Materialları İnstitutu adlandırılmışdır. 1972-ci ildə o, həmin institutda aspiranturaya daxil olaraq, 1976-cı ildə müasir üzvi kimyanın aktual sahələrindən olan “Stereokimya və konformasiya analizi üzrə” dissertasiya müdafiə edərək, kimya elmləri namizədi alimlik dərəcəsi almışdır. Onun elmi rəhbərləri kimya elmləri doktorları, professor Sadiq Sadiqzadə və Ürfət Ağayev olmuşdur.


Hazırda Ə.T.Alıyev əllidən çox elmi əsərin, o cümlədən, on üç ixtiranın müəllifidir. Onun əsərlərinin əksəriyyəti keçmiş SSRİ-nin mərkəzi Elmi Şuralarında, ikisi isə Türkiyədə Beynəlxalq elmi konfransların tezislərində dərc olunmuşdur.


Son iyirmi ildə o, işığa həssas üzvi birləşmələrin fotokimyası, o cümlədən, “Üzvi və metalüzvi birləşmələr əsasında yeni, yüksək effektə malik fotorezislərin və elektronorezislərin əldə olunması” sahəsində elmi axtarışlar aparır. Bu axtarışların nəticəsi olaraq, onun tərəfindən bir sıra yüksək rezist xassəli üzvi materiallar əldə olunmuş və onların hər biri üçün müəlliflik şəhadətnaməsi almışdır. Həmin materiallar elektronika sənayesində mikrosxemlərin hazırlanmasında, kinomotoqrafiyada, informasiyaların yazılması və s. sahələrdə tətbiq edilə bilər. Bunlarla yanaşı o, elmi elektrokimya, spektroskoniya, xromotoqrafiya, fotopolimerləşmə kimi sahələr üzrə də tədqiqatlar aparmış və elmi cəhətdən dəyərli olan bir sıra nəticələr əldə etmişdir. Hazırda o, yenə də fotokimya sahəsində öz tədqiqatlarını davam etdirir.


Ə.T.Alıyevin elmi nailiyyətləri nəinki keçmiş SSRİ məkanında, həm də uzaq xaricdə ABŞ, Fransa, Hindistan, Belçika və s. ölkələrdə yüksək dəyərləndirilir. Belə ki, onun elmi rəhbəri Ü.Ağayevlə apardığı birgə tədqiqatların nəticələrinə görə, 1977-ci ildə Ü.Ağayev Nyu-York Elmlər Akademiyasına fəxri üzv seçilmişdir.


Ə.T.Alıyev elmdə etdiyi az-çox nailiyyətləri üçün, ilk növbədə orta məktəb müəllimlərinə, xüsusən, onda kimya elminə ilkin maraq oyadan və möhkəm bünövrə qoyan Aslan müəllimə, fizikadan Nemət müəllimə, riyaziyyatdan Cəfərov Bəhmən müəllimə, onu gələcəyə ruhlandıran Cəfər müəllimə və Feyzulla müəllimə minnətdar olduğunu bildirir.


Ə.T.Alıyev bir oğul və bir qız atasıdır. Hər ikisi ali təhsilli və ailəlidir.

4 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev