Almaniyada “Azərbaycan sülh və ədalət istəyir” şüarı altında aksiya keçirilib

Almaniya Azərbaycanlıları Koordinasiya Şurasına daxil olan Köln Türk Azərbaycan Kültür və Dayanışma Cəmiyyəti, Kölndə fəaliyyət göstərən Alman Azərbaycan Dostluq Cəmiyyəti, Alman Azərbaycan Mədəniyyət Evinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə aksiya keçirilib.


Avropanın aparıcı dövləti olan Almaniyada insan azadlığı və hüquqlarına həssas yanaşılması, bu ölkənin ATƏT-də nüfuz sahibi olması və ən əsası beynəlxalq hüquq və prinsiplərə hər zaman hörmətlə yanaşması belə bir aksiyanın keçirilməsinə stimul verib. Aksiya “Azərbaycan sülh və ədalət istəyir!”, “Avropa, uşaqların qətlinə göz yumma!”, “Dinc əhalinin qətlini dayandırın!”, “Ermənistanın təcavüzünə son!”, “Snayper gülləsinə tuş gələn uşaq!”, “1992-2018 uşaqların qətli davam edir!”, “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir!”, “Biz sülh deyirik!”, “Dilqəm və Şahbaza Azadlıq!” şüarları altında keçirilib.



Aksiyada çıxış edən soydaşlarımız erməni vandalizmindən söz açıb, Dağlıq Qarabağın Azərbaycanın tarixi əraziləri olduğunu konkret faktlarla qeyd edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı bir milyondan çox insanın doğma yurdlarından didərgin salınması, mülki şəxslərə qarşı erməni qəddarlığı, öz dədə-baba yurdlarına, doğmalarının qəbirlərinin ziyarətinə getmiş Dilqəm və Şahbazın girov götürülməsi, onlara qeyri-insani yanaşaraq işgəncələr verilməsi və s. məsələlər aksiya zamanı bir daha alman cəmiyyətinin və turistlərin diqqətinə çatdırılıb. Eyni zamanda, aksiya çərçivəsində Azərbaycan Respublikası haqqında tarixi məlumatları, Dağlıq Qarabağın tarixini, Azərbaycanın ərazi bütövlüyünə dair BMT qətnamələrini, Azərbaycan xalqının etnik tərkibi haqqında məlumatları özündə əks etdirən minlərlə vərəqə (flayer) alman cəmiyyətinin nümayəndələrinə və turistlərə paylanılıb.


Aksiyanın sonunda, tədbirin nəticəsi olaraq, Almaniyanın hakim dairələrinə bəyanat təqdim olunması qərara alınıb. Bəyanat aksiya iştirakçıları tərəfindən təsdiqlənib və qeyd olunub ki, ən qısa zamanda Almaniyanın ali qurumlarına təqdim ediləcəkdir.


Diasporlar üzrə iş xidməti


#DilqəmƏsgərov sgərov

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev