"ANA, MUROVDAN GƏLİRƏM…" - Məhəmməd NƏRİMANOĞLU yazır



“Ana, Murovdan gəlirəm,

Qardan-qırovdan gəlirəm…”


Bu beyti 1993-cü ildə Murovdağ əməliyyatında şəhid olan Vətən oğullarının şərəfinə hərbi jurnalist, şair Abdulla Qurbani yazıb. O zaman şair Murovdağda düşmənlə üz-üzə döyüşüb şəhid olan Vətən oğullarının analarına təsəlli olacaq belə şeirləri ilə tanınd….

Murovdağdan qayıtmayan, aylar sonra axtarılıb tapılan şəhid balaların müqəddəs ruhları naminə əli qələm, dili kəlam tutanlar da belə döyüşürdülər…

Tanışlıq:

Məmmədli İsmayıl Mahir oğlunun ata-anası Kəlbəcər rayonunun Nadirxanlı kəndindəndir. Məskunlaşdıqları Gəncə şəhərində 01 yanvar 1996-cı il tarixində anadan olub. Ailəsi sonradan Göygöl rayonunun Çaykənd kəndinə köçüb, Murovdağdan əsən meh bu kəndi daha tez tutur axı…

2013-cü ildə Kəlbəcər rayonunun 58 saylı tam orta məktəbini bitirib. 2014-cü ildə isə həıqiqi hərbi xidmətə yollanıb. 2018-ci ildən hərbi rütbəsi gizir olmaqla, xidmətini davam etdirirdi. Tovuz döyüşlərində və Murovdağ əməliyyatlarında iki dəfə iştirak edib.

2020-ci ilin oktyabr ayında isə doğma Kəlbəcəri uğrunda gedən döyüşlərdə itkin düşüb. Həmin ilin dekabr ayında şəhid olduğu bilinib. Dekabrın 14-də Göygöl rayonunun Şəhidlər xiyabanında dəfn edilib.

Bura qədər… Nə yaşadı ki, nə də tərcümeyihalını yazsın?! Necə deyərlər: yatdı ki, yuxu da görsün?!

Vətən sevdalılarımızdan biri də İsmayıl olub. Şəhidlik gününədək bəlkə də bu qədər tanınmamışdı. Nə edəydi ki, bu qədər seviləydi?! Bircə o qalırdı ki, Vətən uğrunda savaş başlasın və o da vətənpərvər bir oğul olduğunu təsdiqlətsin!

Belə də oldu. Heç, əslində, İsmayıl nə Qarabağ görmüşdü, nə də onun qala qapısı, doğma Kəlbəcərini. Bəs bu doğmalıq haradan idi?

Bir dəfə dostlarına deyir ki, bu ermənilərin həyasızlığı bizi məhv edəcək: “ İnternetdə də haylar həyasızlıqlarından geri qalmırlar. Qarabağı, o cümlədən də Kəlbəcəri ermənilərin tarixi torpaqları kimi tədqim edirlər, dişim-bağarsağımı kəsir. Biz niyə bunların cavabını vermirik?!”

Demək, Kəlbəcərdə dünyaya gələn dığalar, haxciklər böyüyüb məktəbə də gediblər. Orada orta məktəbdə oxuyublar, hətta, ali təhsil alıb məktəbdə dərs deyənləri də az olmayıb.

Bir gün İsmayıl baxıb görür ki, Kəlbəcərdə dərs deyən bir haxcik şagirdlərini götürüb təbiət qoynunda onlara olmayan vətənlərinin tarix və coğrafiyasını öyrədir. Həyasızlığın həddinə baxın ki, utanmaz-utanmaz şagirdlərə Kəlbəcərin təbiətini göstərib (Kəlbəcərlə Göyçə mahalının arasındakı “Qaraqaya” yüksəkliyi, İsmayılqayıran bulaqda) izah edir ki, baxın, bu yerləri türklər əlimizdən almışdı. Biz azad elədik 1992-93-cü illərdə. İndi siz də bu yurdun övladlarısınız. Unutmayın ki, türklər sizin tarixi düşmənləriniz olub, dədə-baba yurdlarınızı əlinizdən almışdı. Biz qaytardıq, sizin borcunuz isə bu yerləri qoruyub saxlamaq, “Böyük Ermənistan”ın bir parçasına çevirməkdir!

Dəhşətli deyilmi? İsmayıl bu hadisəni Vətən müharibəsinə gedəndə döyüş dostlarından birinə danışıb. O da yazı çapa hazırlanarkən məlumat verdi.

Belə eybəcər, çirkin siyasətlə tarixi ərazilərimizi havadarlarının gücü ilə işğal edib 28-29 il saxlayan erməni vandalları ötən il 44 günlük Vətən müharibəsində layiq olduğu cavabı aldı və İsmayıl kimi oğullarımız düşmənə sarsıdıcı fiziki, mənəvi zərbə endirdi. Onlar isə qorxaq və alçaqlıqlarını gizlədə bilmədilər. Hər şeylərini, hətta, namuslarını belə atıb qaçdılar, ya da ki, köynəklərini soyunub ağ bayraq kimi qaldırıb aman istədilər bizim cəngavərlərimizdən!

Biz uşaq qatili deyilik! Biz Xocalıda, Ağdabanda, Bağanıs Ayrımda, Qaradağlıda… əli qanımıza batanları dar ağacına çəkmədik, sadəcə, insanlıq nümunəsi göstərdik. Müharibəni qanunları ilə başa vurduq! Haqq bizim tərəfimizdə olduğu üçün düşmən təslim edildi. Zəfər Paradında dünyaya sübut etdik ki, türkün torpağını almaq, ona yiyələnmək olmaz! Torpaqdan pay olmaz axı.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev İsmayıl kimi cəsur döyüşçülərin şəhidliyi müqəddəs bilməsindən daha da qürurlandı! İllərlə gözlənilən “İrəli!” əmri ilə oğullarımıza öz şücaətlərini göstərməyə meydan verdi.


Məhəmməd NƏRİMANOĞLU

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.