top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Anti-terror təlimlərinin hədəfi...



Bu gün 10 min əsgər kazarmaları tərk edir, 100-dən çox texnika, 200-ə qədər artilleriya, 30-a qədər döyüş təyyarəsi və PUA-ların iştirakı ilə anti-terror təlimləri başlayır.

Məqsəd dağlıq-meşə və çətin relyefli ərazilərdə ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşmasını məşq etməkdir.

Diqqətçəkən məqamlar:

- 44 günlük müharibədən sonra ordunun ilk genişmiqyaslı hərbi təlimlər keçirməsi: döyüş başa çatıb və 4 aylıq fasilədən sonra ordunun hazırlıq vəziyyəti yoxlanılır;

- Bütün növ qoşun növlərinin XTQ-nin əməliyyat-taktiki gedişlərinə uyğunlaşdırılması: bundan sonra ordunun əməliyyat taktikası xüsusi təyinatlılarla koordinasiya üzərində qurulur;

- Terrorçu dəstələr (qruplar), həmçinin qanunsuz silahlı qruplaşmalara qarşı mübarizə və anti-terror əməliyyatları: Qarabağ münaqişəsi həll edilib, Azərbaycanın qonşu ölkələrə qarşı hərbi iddiası yoxdur, hədəf taxtasında ölkə daxilindəki qanunsuz silahlı birləşmələr və terrorçu qruplaşmalardır;

Hədəf nədir?

Cari: Qarabağdakı terrorçu qruplaşmaların çıxarılması tələbini masada daha güclü şəkildə irəli sürmək;

Ortamənzilli: Danışıqlarla həll edilmirsə, mümkün anti-terror əməliyyatının keçirilməsi;

Burada iki məqam xüsusilə önəmlidir:

  • Təlimlərin hədəfi – qanunsuz silahlı qruplaşmalarla mübarizə və anti-terror əməliyyatı – rəsmi Bakının “Azərbaycanın ərazi bütövlüyü təmin edilib”, “Qarabağdakı silahlı qruplaşmalar qanunsuzdur və onlara qarşı addımlar anti-terror xarakteri daşıyacaq” mövqeyinin hərbi müstəvidə nümayiş etdirilməsidir;


  • Masada istəyimizə nail olmasaq, anti-terror əməliyyatı Xankəndidə yox, erməni silahlı birləşmələrin Azərbaycan ordusu ilə üzbəüz dayandığı ətraf ərazilərdə keçirilə bilər və bu, ruslara qəti mövqe nümayiş etdirmək məqsədi daşıyacaq;

Putinin Əliyevə zənginin arxasındakı səbəblərdən biri də məhz bu təlimlər idi: ruslar məsələlərin masada həllində maraqlıdır və bununla həm vaxt qazanır, həm də sülhməramlı imicini qorumağa çalışırlar.


Modern.az

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page