top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Aprel döyüşlərində Azərbaycan Ordusunun azad etdiyi ərazilər - XƏRİTƏ



Bu gün hərb tarixinə Aprel döyüşləri adı ilə daxil olan hərbi əməliyyatın 4-cü ildönümü tamam olur.

2-5 aprel tarixlərində baş verən döyüşlər zamanı Milli Ordu Ermənistanın Qarabağdakı hərbi təxribatlarına əks-zərbə ilə cavab verərək Tərtər rayonunun Talış və Cəbrayıl rayonunun Lələtəpə adlanan mühüm strateji yüksəkliklərini düşmən işğalından azad etmişdi. Azad edilmiş 2 min kvadrat kilometr ərazi ilə yanaşı, yeni mövqelərdən Qarabağın işğal altındakı minlərlə hektar sahəsinə vizual nəzarət də ordumuza üstünlük qazandırıb.

Ən qanlı döyüşlərin getdiyi Talış kəndi istiqamətində Azərbaycan ordusu təmas xətti boyu 8 ön və 2,1 kilometr enində ərazini nəzarətə götürüblər. Azad olunmuş ərazidə 584 metr hündürlüyündə Talış yüksəkliyi də var. Məhz bu yüksəklik düşmən tapdağı altındakı kəndə nəzarət etməyə imkan verir.


Bundan başqa, azad olunmuş ərazi Goranboyun Tap-Qaraqoyunlu kəndini atəş altından tan çıxarmağa imkan verir. Ümumilikdə, bu istiqamətdə azad edilmiş ərazinin sahəsi 14 kvadrat kilometr təşkil edir.

Cəbrayılın rayonu mərkəzindən 20 kilometr məsafədə yerləşən Lələtəpə yüksəkliyi isə azad olnmuş ətraf ərazilərlə birgə 5,2 kvadrat kilometr ərazini əhatə edir. Bu istiqamətdə Azərbaycan ordusu 4,5 kilometr irəli və 1,8 kilometr enində ərazini nəzarətə alıb. Nəticədə, Cəbrayılın Cocuq Mərcanlı kəndi yaşayış üçün tamamilə təhlükəsiz vəziyyət gətirilib.


Hündürlüyü 290 metrə çatan Lələtəpə yüksəkliyi isə işğal altındakı ərazilərdə düşmən mövqelərini bütün dərinliyi boyunca müşahidə etməyə imkan verir.

Ümumiyyətlə, Aprel döyüşlərinin nəticələri Ermənistanın hərbi-siyasi rəhbərliyini şok vəziyyətinə salmışdı. Azərbaycan ordusunun zərbələri qarşısında 25 ildən artıq müddətdə möhkəmləndirilmiş əlverişli mövqelərini tərk edən düşmən tərəfi canlı qüvvə və hərbi texnika baxımından da ciddi itkilər verdi.

Ermənistan tərəfi aprelin 1-dən 2-nə keçən gecə başlayan və aprelin 5-i saat gündüz 12:00-a qədər davam edən döyüşlərdə 110 hərbi qulluqçusunu itirdiyini, 127 hərbçisinin isə yaralandığını etiraf etmişdi.

Modern.az

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page