Aqil ƏSƏDOV


Aqil Məhiyəddin oğlu Əsədov 2 noyabr 1976-cı ildə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olmuşdur. 1983-1993-cü illərdə Başlibel kənd orta məktəbində təhsil almışdır. 1993-cü ildə Azərbaycan Texniki Universitetinin (AzTU) “Mühəndis biznesi və menecment” fakültəsinə daxil olmuş, 1997-ci ildə bakalavr, 1999-cu ildə isə magistr təhsilini yüksək qiymətlərlə başa vurmuşdur. Daha sonra A.M.Əsədov elmi tədqiqatları AzTU-nun “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedrasının əyani aspirantı kimi davam etdirərək, 2005-ci ildə iqtisad elmləri namizədi alimlik dərəcəsi, 2010-cu ildə dosent elmi adı almışdır. Bir çox respublika və beynəlxalq səviyyəli konfransların iştirakçısı və məruzəçisi olmuş A.M.Əsədov yerli və xarici jurnallarda qeyri-neft sektorunun inkişafı, nəqliyyatın iqtisadiyyatı, regionların sosial-iqtisadi inkişafı, iqtisadiyyatın davamlı inkişafı və s. istiqamətlərə dair 140-dan çox elmi məqalənin müəllifi, 5 monoqrafiyanın, 2 dərs vəsaitinin və 3 tədris proqramının müəllifi və ya həmmüəllifidir. A.M.Əsədovun 35 məqaləsi Amerika, Almaniya, Rusiya, Ukrayna, Qazaxstan, Türkiyə və s. ölkələrdə çap edilmişdir. O, 2009-cu ildən AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, 2010-cu ildən isə İnstitutun “Xidmət sahələrinin inkişaf problemləri şöbəsi”nin müdiri vəzifəsində çalışır.

Ailəlidir, üç övladi var.

68 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev