Aqil Məmmədov şəhid ailələri və qazilərlə görüşdü - ŞƏKİLLƏR


Milli Məclisin Kəlbəcər 123 saylı seçki dairəsindən seçilən deputat Aqil Məmmədovun bölgələrdə seçiciləri ilə görüşü davam edir.

Kalbajar.com-un məlumatına görə, Yevlax şəhərində Milli Məclisin deputatı Aqil Məmmədov ilk öncə Şəhidlər Xiyabanın ziyarət etmiş, Vətən müharibəsində şəhid olanların ruhuna dualar oxunmuşdur.



Millət vəkili A. Məmmədov seçiciləri Novruz bayramı münasibətilə təbrik edib. Bildirib ki, torpaqlarımızın işğaldan azad olunması milli bayramlarımızı tezliklə doğma yurdlarımızda keçirməyə imkan verəcək. O günlərin daha tez baş verməsi üçün Azərbaycan dövləti kompleks tədbirlər həyata keçirir.




Sonra 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan əslən Kəlbəcər rayonundan olan və Yevlax şəhərində müvəqqəti məskunlaşan şəhid Azər Mikayılovun və Həsənli Seymurun ailəsində olmuş, ailənin vəziyyəti ilə maraqlanmışdır.



Görüşləri davam etdirən Milli Məclisin deputatı Aqil Məmmədov Vətən müharibəsinin qaziləri ilə görüşmüşdür. Görüş zamanı bir sıra suallar verilərək o suallara aydınliq gətirilib. Eyni zamanda qazilər dövlətin onlara göstərdikləri diqqət və qayğını yüksək qiymətləndirmiş və tezliklə bərpa ediləcək Kəlbəcərdə məskunlaşmağı arzulamışlar.



Xatırladaq ki, bucür görüşlər gələcək günlərdə də davam edəcək və ənənə halın alacaqdır.

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.