Aqil Məmmədov Sumqayıtda Kəlbəcərdən olan məcburi köçkünlərlə görüşüb - FOTOLAR


Kəlbəcərli məcburi köçkünlərlə növbəti görüş-səyyar qəbul keçirilib.


Kalbajar.com Manevr.az-a istinadən xəbər verir ki, vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Kəlbəcər Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovun Sumqayıt şəhərində məskunlaşmış bir qrup kəlbəcərli məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilib.

Görüşdə çıxış edən Kəlbəcər Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülən işlərdən, nailiyyətlərdən ətraflı söhbət açaraq, dövlət başçısının diqqət və qayğısı ilə ölkənin bütün sahələrində ciddi inkişafa nail olunduğunu bildirib. Rayon rəhbəri çıxışında, xüsusilə onu da vurğuladı ki, hər bir məcburi köçkünün mənzil-məişət şəraitinin, sosial rifah halının yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi, habelə, gündəlik qayğıları daim ölkə başçısı cənab ilham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir. Daha sonra məcburi köçkünlərin müraciətləri dinlənildi. Həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürüldü. Qeyd edək ki, vətəndaşların müraciətləri daha çox mənzil problemi ilə bağlı idi. Qəbulda Kəlbəcər Rayonu İcra Hakimiyyəti başçısı aparatının, müvafiq inzibati ərazi dairələri üzrə nümayəndəliklərin işçiləri iştirak edib. Səyyar qəbulda iştirak edən rayon sakinləri təşkil edilmiş görüşə və onların müraciətlərinə həssaslıqla yanaşdığına görə Kəlbəcər Rayonu İcra Hakimiyyəti başçısı Aqil Məmmədova öz minnətdarlıqlarını bildirdilər. Manevr.az

#KəlbəcərRayonİcraHakimiyyəti

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev