ATADAN OĞULA QALAN YADİGAR – QEYRƏT

Updated: Mar 8, 2019


Bayramov Zabit İsa oğlu 1958-ci ildə Kəlbəcər şəhərində anadan olmuşdur. Orta təhsilini qurtardıqdan sonra Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. On bir il orta məktəbdə dərs deyib.

Son vaxtlar İstibulaq kənd sovetinin sədri işləyirdi.

Rayon sovetinin deputatı olub. Rayonda özünümüdafiə dəstləri yaranan zaman Zabit müəllim də kənddə könüllülərdən ibarət dəstə təşkil edərək «Söyüdlü»nün müdafiəsində dayanmağı özünə borc bildi.

1992-ci il mart ayının 8-də Vətən torpağının bütövlüyü uğrunda qəhrəmancasına həlak olub. Bir qız, iki oğul yadigarı qalıb.

Zabit müəllimin vətənpərvərliyindən, kişiliyindən söz açan bu beş-altı kəlməlik məlumatı rayon polis şöbəsinin əməkdaşlarından almışıq. Söhbət polis əməkdaşı, Ağdərə-Kəlbəcərp yolunda erməni quldurları tərəfindən vəhşicəsinə güllələnən Surxay Balaxanovdan düşmüşdü. Kimsə dedi ki, bəs, Surxayın bacanağı Zabit müəllim də şəhid olub. Aman Allah, xəbərimiz olmayan, dərdləri dağlar qədər ağır olan nə qədər ailələr varmış. Kimi dindirirsən qohumunun, qonşusunun filan vaxtı şəhid olduğunu deyir.

Zabit Bayramovun atası İsa Bayramovun kimliyi məlum idi. Qeyrəti, el təəssübü çəkməsi onu hamıya tanıtdırmışdı. Budur, indi də onun oğlunun qeyrətli, vətənpərvər olmasından danışılır. Bu, fəxr olunasıdır. Bu qeyrət yükünü hər kişi çəkə bilmir, bircə damarlarında qeyrət qanı axanlardan savayı. Məhəmməd NƏRİMANOĞLU ("NAKAM TALELƏR kitabı")

#Kəlbəcərhəsrəti #Kəlbəcər #DağlıqQarabağ #Azərbaycan #Işğal #Qarabag

56 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev