"Atamın ailəsinə məktub yazmaqdan öz istəyi ilə imtina etməsi heç cür inandırıcı deyil"


22:45 | 12.10.2018


Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüb. BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova təmsil etdiyi qurumun nümayəndələri sentyabr ayının sonu oktyabrın əvvəllərində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkdiyini bildirib: "Biz münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edirik. Mandatına uyğun olaraq BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın”. Moderator.az Beynəlxalq Qırmızı Xaç Komitəsi rəsmisinin açıqlamasına Dilqəm Əsgərovun oğlundan münasibət öyrənib. Kürdoğlu Əsgərov bildirib ki, bir neçə gün öncə doğrudanda çoxsaylı müraciətlərindən sonra onu adıçəkilən qurumun Bakı nümayəndəliyində qəbul ediblər və atası ilə görüş barədə ona məlumat veriblər:

"Noyabrın 1-də 1 ili tamam olur ki, atamdan xəbər-ətər yoxdur və bütün cəhdlərimizə rəğmən ötən 1 ildə girovlarımızla bağlı heç bir məlumat əldə edə bilməmişik. Amma indi həmin qurumda bizə deyirlər ki, atanızın saxlanma şəraiti və səhhəti normaldır. Bizə deyirlər ki, Dilqəm Əsgərov evlərinə məktub yazmaq istəmir. Amma biz komitənin bu açıqlamasına inanmırıq və atamın ailəsinə məktub yazmaqdan öz istəyi ilə imtina etməsi heç cür inandırıcı deyil. Əlimizdənsə başqa bir şey gəlmir və komitə əməkdaşlarının gətirdikləri xəbərlə kifayətlənmək zorundayıq". 

#Əsirlər #Girovlar

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev