AVMVİB KƏLBƏCƏR ŞÖBƏSİ 'N' SAYLI HƏRBİ HİSSƏNİN İLDÖNÜMÜ TƏDBİRİNDƏ


AVMVIB Kəlbəcər rayon sobəsinin sədri Ramiz Əliyevin təşkilatçılığı ilə veteranların iyul ayının sonlarında AXC -nin və Milli Ordumuzun 100 illiyi ilə əlaqədar silsilə tədbirlər kecirməyi planlaşdırması barədə məlumat vermişdik. 28 iyulda bu tədbir şərçivəsində "N" saylı hərbi hissənin ildönümü ilə bağlı tədbir təşkil olunub. Tədbrdə AVMVİB Kəlbəcər rayon şöbəsi rəhbərliyi ilə yanaşı hərbi hissə komandanlığı, ictimaiyyət nümayəndələri, ziyalılar və incəsənət xadimləri iştirak ediblər.


Tədbir Ümummilli lider və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla anmaqla və himnimizin səsləndirilməsiylə başlayıb. Tədbirdə çıxış edən polkovnik-leytenant Gülməmməd Rzayev çıxış edərək qonaqları salamladı və Ali Baş Komandan İ. Əliyevin ordumuza göstərdiyi qayğıdan söz açdı. O, AVMVİB Kəlbəcər rayon şöbəsinə öz minnətdarlığını bildirək dedi: "Bu cür görüşlər əsgərlərimizin döyüş ruhunun yüksəlməsində böyük rol oynayır". Tədbirdə çıxış edən AVMVİB Kəlbəcər rayon şöbəsinin sədri Ramiz Əliyev, əsgərlərimizin döyüş ruhunun yüksək olmasından qürur duyduğunu bildirdi. R. Əliyev Ali Baş Komandan İ. Əliyevin rəhbərliyi altında ölkənin ərazi bütövlüyünü təmin etməyə, şəhid düşmüş bacı və qardaşlarımızın qisasını almağa, üç rəngli bayrağımızı azad edilmiş torpaqlarımıza sancmağa daim hazır olduqlarını qeyd etdi. Hərbi xidmətdə fərqlənənlərə fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim olundu, əsgər valideynlərinə məktublar göndərildi və nümunəvi xidmətə görə əsgərlərə məzuniyyət elan edildi. Tədbir incəsənət ustalarının konsertiylə başa çatdı. 

Fedai.az


BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev