Avropa Məhkəməsi Dilqəm Əsgərov Və Şahbaz Quliyevlə Bağlı Qərar Verəcək



“Bu iki mülki azərbaycanlının Ermənistanda girovluqda keçən hər günü işgəncə altında olan gün kimi hesab edilir”

 “Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin təşkilatçılığı ilə çox vacib mövzu ilə bağlı panel iclas keçirildi. Tədbirdə Avropa Məhkəməsinin bəzi qərarları haqqında məlumat verdim, “Çıraqov və başqaları Ermənistana qarşı” işinə toxundum. Bu işlə bağlı Avropa Məhkəməsinin qərarında birmənalı olaraq göstərilib ki, Ermənistan işğal altındakı ərazilərdə olan vəziyyətə görə tam məsuliyyət daşıyır. Onun birbaşa iştirakı ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal olunub”.




Kalbajar.com AZƏRTAC-a istinadən xəbər verir ki, bunu “Azərbaycanın işğal olunmuş ərazilərində və onlara münasibətdə qanunsuz fəaliyyətlər: Avropa Şurası qarşısında götürülmüş öhdəliklər baxımından nəticələr” adlı panel iclasında çıxış edən Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib.

O qeyd edib ki, təkcə Azərbaycan vətəndaşlarının deyil, eyni zamanda, Ermənistan vətəndaşlarının da Ermənistana qarşı verdikləri şikayətlərlə bağlı qərarlarda bu ölkənin dövlət orqanlarının işğal altında olan ərazilərdə mövcudluğu, fəaliyyət göstərmələri müəyyən edilib. Ermənistan vətəndaşlarının verdikləri şikayətlər əsasında müəyyən edilib ki, bu ölkənin vətəndaşları işğal altında olan torpaqlarda hərbi xidmətdə olurlar.

2016-cı ilin Aprel döyüşlərindən sonra şikayətlərin əksəriyyəti Ermənistan vətəndaşları tərəfindən verilib və bu da bir daha göstərir ki, işğal olunmuş ərazilərdə Ermənistan vətəndaşları yaşayır. Bu, bir daha Ermənistanın torpaqlarımızı işğal etdiyini göstərir. Ermənistan daha deyə bilməz ki, hansısa separatçı respublika mövcuddur. Azərbaycan dövlətinin ərazilərinin işğalında Ermənistan birbaşa məsuliyyət daşıyır.

“Ermənistan tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyev ilə bağlı da Avropa Məhkəməsinə şikayət verilib. Məhkəmə tezliklə bu işlə əlaqədar qərar qəbul edəcək. Bu iki mülki azərbaycanlının Ermənistanda girovluqda keçən hər günü işgəncə altında olan gün kimi hesab edilir. Onların işi üzrə tezliklə qərar qəbul ediləcək”, – Ç.Əsgərov vurğulayıb.

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev