Avropa Məhkəməsi Dilqəmlə Şahbaza görə Ermənistandan sənədlər istəyib



Dilqəmlə Şahbazın Avropa Məhkəməsi Kommunikasiyaya başlamışdır.

Xəbər verdiyimiz kimi, erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi ilə bağlı Avropa Məhkəməsində kommunikasiyaya başlanılıb. Modern.az xəbər verir ki, girovların ailə üzvlərinin maraqlarını Avropa Məhkəməsində Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Anar Bağırov təımsil edir. Avropa Məhkəməsi Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisində girovluqda saxlanılan soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi ilə bağlı kommunikasiyaya cari ilin 13 iyulundan başlayıb. İşi artıq öz icraatına götürmüş Avropa Məhkəməsinin elektron məlumat bazasında yerləşdirilən kommunikasiya sənədində qeyd olunan ərazidə nəzarəti həyata keçirən Ermənistan Respublikasını cavabdeh hesab edilməklə ona bir sıra mühüm suallar ünvanlanıb. - Dilqəm Əsgərov və Şahbaz Quliyev tutularkən onlara qarşı işgəncələrə yol verilmişmi; - Həbs məhz qanuni səlahiyyətlərə malik olan məhkəmənin qərarı ilə baş vermişmi; - Girovların məhkəmənin həbs qərarını mübahisələndirmək üçün hüquqi imkanları mövcud idimi; və s. Eyni zamanda kommunikasiyada Avropa Məhkəməsi Ermənistan Respublikasından girovların sağlamlıq vəziyyəti ilə bağlı rəsmi sənədlərin də təqdim edilməsini tələb edib.

Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin iyulunda doğulduları Kəlbəcər rayonunun Şaplar kəndində yerləşən öz nənə-babalarının məzarlarını ziyarət edərkən Ermənistan silahlı birləşmələri tərəfindən tutulublar. İşğal olunmuş Dağlıq Qarabağ ərazisində qanunsuz fəaliyyət göstərən “məhkəmə” Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 il müddətinə azadlıqdan məhrum etmə cəzası kəsib. Avropa Məhkəməsinə şikayət ərizələri girovların həyat yoldaşları Firuzə Əsgərova və Albina Veselova tərəfindən verilib. Şikayət ərizəsində ərizəçilər Ermənistan Respublikası tərəfindən Avropa Konvensiyasının bir sıra maddələrinin pozuntusunu qeyd ediblər. Xüsusilə bu, Konvensiyanın 3-cü (tutularkən, saxlanıldığı dövrdə, mühakimə olunan zaman qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması), 5-ci (tutularkən başa düşdüyü dildə həbsinin izah olunması, qanunla yaradılmış səlahiyyətli məhkəmə qarşısına çıxarılma, həbsin qanunsuzluğunu mübahisələmdirmək üçün effektiv vasitəyə malik olma), 6-cı (ədalətli və açıq məhkəmə araşdırılması hüququ, dövlət qurumlarının onlar barəsində yaydığı bəyanatların təqsirlsizlik prezumpsiyası hüqqunun pozması, ittihamların başa düşüldüyü dildə məlumatlandırılmaları), 8-ci (doğma torpaqlarını ziyarət etmə ilə şəxsi və ailə həyatına hörmət hüququnun pozuntusu), 4 saylı protokolun 2-ci maddəsi (tanınmamış sərhədi qanunsuz keçməyə görə ittiham olunmanın hərəkət etmək azadlığını pozması), 13-cü (effektiv müdafiə vasitələrinə malik olma), 14-cü maddələrinin (etnik və ya milli ayrı seçkiliyə məruz qalma) pozuntusu ilə bağlıdır. MODERN.AZ

#Əsirlər #Kəlbəcərhəsrəti

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev