Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibətilə tədbir keçirildi.



18 oktyabr 2018-ci il tarixdə Kəlbəcər rayon İcra hakimiyyətində Azərbaycanın Dövlət Müstəqiliyinin bərpasının 27-cı ildönümünə həsr olunmuş tədbir keçirildi. 

 Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Məmmədov tədbir iştirakçılarını Müstəqillik günü münasibətilə təbrik etdi. Azərbaycanın dövlət müstəqilliyi tarixinə qısa nəzər salaraq bu müstəqiliyinin əldə edilməsində və qorunub saxlanmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu xüsusilə vurğulayaraq, ölkə Prezidenti cənab İlham Əliyevin son 15 il ərzindəki fəaliyyəti dövründə görülən işlər barədə ətraflı danışdı. Sonra rayon icra hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinini müdiri Mahir Muxtarov məruzə ilə çıxış edərək, Ulu öndər Heydər Əliyevin müdrik dövlətçilik siyasəti nəticəsində bizə XXI əsrdə dünya dövlətləri arasında öz layiqli yerini tutan demokratik, hüquqi və sivil bir dövlət bəxş etdiyini və əsası Ulu Öndər tərəfindən qoyulmuş müdrik siyasətin layiqli davamçısı, ölkə prezidentimiz cənab İlham Əliyevin böyük səyləri nəticəsində dövlətimizin daha da güclənərək beynəlxalq birliyin layiqli üzvünə, regionun qüdrətli lider dövlətinə çevrildiyini bildirdi. 

kelbecer-ih.gov.az


12 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev