Azərbaycanın dostu UNESCO QHT komitəsinin prezidenti seçilib



Parisdə UNESCO ilə tərəfdaş qeyri-hökumət təşkilatlarının beynəlxalq konfransı keçirilib.

Kalbajar.com AZƏRTAC-a istinadən xəbər verir ki, konfransda Azərbaycanın dostu fransalı Mari Klaudi Machon-Honore UNESCO QHT komitəsinin yeni prezidenti seçilib. O bundan əvvəl "BPW International" təşkilatının UNESCO-da nümayəndəsi və UNESCO QHT Komitəsinin idarə heyətinin üzvü olub.

Seçki kampaniyasında iştirak edən "Aşıq Şəmşir" Mədəniyyət Ocağının nümayəndəsi Fazil Qasımov AZƏRTAC-a bildirib ki, Mari Klaudinin UNESCO QHT Komitəsinin prezidenti seçilməsi Azərbaycan qeyri-hökumət təşkilatları üçün sevindirici xəbərdir. Çünki fransalı xanım UNESCO-da Azərbaycan QHT-lərinin mövqelərini gücləndirməyə çalışır.

"Mari Klaudi ilə 2014-cü ildə UNESCO-nun Bolqarıstanda keçirilən forumunda tanış olmuşam. Həmin vaxtdan etibarən əlaqələrimiz aralıqsız davam edib. Mari Klaudi "Aşıq Şəmşir" Mədəniyyət Ocağını UNESCO-da akkreditasiyadan keçirmək üçün müraciət etməyi təklif etmişdi. Biz 2016-cı ildə bu işi uğurla həyata keçirdik. Ötən forumların birində onu prezidentliyə namizədliyini irəli sürməsinə təşviq etdim və seçki kampaniyasında ona maksimum dəstək göstərməyə çalışdım. Çox sevinirəm ki, dünyanın ən mötəbər QHT-lərini birləşdirən UNESCO komitəsinə Azərbaycanın dostu prezident seçildi. Hesab edirəm ki, Mari Klaudinin qələbəsi bizim qələbəmizdir. Qeyd edim ki, xanım Klaudi Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir".

Xatırladaq ki, UNESCO QHT komitəsi 2011-ci ildə qurumun Baş assambleyasında qəbul edilən "UNESCO-nun QHT-lərlə tərəfdaşlığına dair nizamnamə"yə əsasən yaradılıb. Komitənin idarə heyəti QHT-lərin iki ildən bir keçirilən beynəlxalq konfransında səsvermə ilə formalaşır. Seçkilərdə komitəyə üzv olan 254 QHT iştirak edir.


BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev