top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Azərbaycanın Milli Qəhrəmanı Şahlar Əvəz oğlu Şükürovovun xatirəsinə həsr olunmuş “Xalq qəhrəmanları


17.05.2017-ci ildə Nərimanov rayon R. Nəsrəddinov adına 39 №li tam orta məktəbin şagirdlərinin təqdimatında Milli Azərbaycan Tarixi muzeyində Azərbaycanın Milli Qəhrəmanı Şahlar Əvəz oğlu Şükürovovun xatirəsinə həsr olunmuş “Xalq qəhrəmanları ilə tanınır” adlı ədəbi-bədii kompozisiya keçirildi.


Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başladı. Sonra tədbiri giriş sözü ilə məktəbin direktor müavini Könül Rəhimova açaraq, gələn qonaqları salamladı və muzeyin rəhbərliyinə , akademik Nailə xanım Vəlixanlıya bizimlə əməkdaşlıq etdiyinə görə öz təşəkkürünü bildirdi.Sonra Konül müəllimə tədbirin məqsədindən danışaraq dedi ki, Ümummilli liderimiz Heydər Əliyev demişdir ki, “Vətən yolunda canlarını qurban vermiş, şəhid olmuş Milli qəhrəmanlarımızın həyatı, onların qəhrəmanlığı bütün xalqımız üçün xüsusən gənclərimiz üçün örnəkdir, dərsdir!” Bizim tədbirin də əsas məqsədi Milli qəhrəmanları tanıdıb təbliğ etmək, gələcək nəsillərə ötürməkdir ki, gənc nəslin mübarizə əzmi daha da qüvvətlənsin. Bu yaxınlarda Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürovun ailəsi və yaxınları Azərbaycan Milli Tarix muzeyinə müraciət edərək Milli qəhrəmana məxsus “Qızıl ulduz” medalını muzeyə hədiyyə etmək qərarını vermişdi.Bir məktəb olaraq biz, Nərimanov rayonu 39 №li məktəb Milli Tarix Muzeyi ilə tərəfdaşlıq edərək Milli qəhrəmanın anadan olmasının 65-ci il dönümündə onun xatirəsini anmaq məqsədilə “Xalq Qəhrəmanları ilə tanınır” adlı tədbiri məhz bu muzeydə keçirməyi qərara aldıq.Muzey rəhbərliyinə təşəkkürümüzü bildiririk ki,bizimlə əməkdaşlıq etməyə razı oldular.Sonra söz şagirdlərə verildi.Tədbirdə Milli qəhrəmanın həyatı, keçdiyi döyüş yolu haqqında geniş məlumat verildi. Atasının, digər ailə üzvlərinin iştirakı, çıxışları ilə çəkilmiş videoçarxlar, şagirdlərin ifasında şeirlər, kompozisiyalar, səhnələr nümayiş etdirildi. Tədbirdə həmçinin Azərbaycanın sevilən müğənnilərindən Kamil Cəfərov və saz ustaları da çıxış etdilər.

Tədbirdə muzeyin direktoru Akademik Nailə Vəlixanlı çıxış edərək dedi ki, Vətən yolunda canlarını qurban vermiş Vətən oğullarının xatirəsini hər zaman əziz tutmaq bizim borcumuzdur. Çıxışının sonunda Nailə xanım Milli Qəhrəmanın ailəsinə səbr dilədi.Sonra Milli Qəhrəmanin oğlu Polis kapitanı Sənan Şükürov çıxış edərək atasının xatirəsini hörmətlə anan hər kəsə öz təşəkkürünü bildirdi və Milli Qəhrəmana məxsus “Qızı ulduz” medalını muzeyə bağışladı. Tədbirin sonunda Milli Qəhrəmanın qardaşı Azərbaycan Tibb Universitetinin II Cərrahi Xəstəliklər Kafedrasinin dosenti, tibb elmləri namizədi Malik Şükürov çıxış edərək bu cür tədbirlərin şagirdlərdə vətənpərvərlik və qəhrəmanlıq hisslərinin aşılanmasında nə qədər vacib olduğunu vurğuladı. Çıxışının sonunda Malik Şükürov bu tədbirin təşkilində zəhməti olan hər kəsə öz dərin təşəkkürünü bildirdi.


Tədbirdə Bakı şəhəri Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Afiq Əzizov, BŞTİ-nin Ümumi təhsil sektorunun məsləhətçisi Xalidə xanım İbrahimova, BŞTİ-nin Təhsilə dəstək şöbəsinin nümayəndəsi Tahirə xanım, Kəlbəcər ziyalılarından Nazirlər Kabinetinin şöbə müdiri Qurban Sadıqov və Kəlbəcərin digər sayılıb seçilən ziyalıları, Milli qəhrəmanın yaxınları və ailə üzvləri, Milli Azərbaycan Tarixi Muzeyinin nümayəndələri, 39 №li məktəbin müəllim və şagirdləri, KİV nümayəndələri iştirakı edirdi.


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page