Azərbaycan Çində keçirilən Beynəlxalq Gənclər Forumunda uğurla təmsil olunub


Çində Böyük İpək Yolu irsinə həsr edilmiş beynəlxalq gənclər forumu baş tutub. İpək Yolu üzərində yerləşən 65 ölkədən gənclərin qatıldığı forumda Azərbaycan uğurla təmsil olunub.

Forum UNESCO və Çinin UNESCO məsələləri üzrə Milli Komissiyası tərəfindən təşkil edilib. Forum iştirakçıları bir həftə ərzində Çinin Çanşa və Quançjou şəhərlərində İpək Yolunun mədəni irsinin qorunub saxlanmasında gənclərin rolunu müzakirə edib.

Azərbaycanı forumda təmsil edən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin nümayəndəsi Fazil Qasımov İpək Yolu ölkələrinin qeyri-maddi mədəni irsinə həsr olunmuş sessiyada tarın müşayiəti ilə “Sarı Gəlin” mahnısını ifa edib.

İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, Fazil Qasımov forumda Azərbaycanın mədəni irsini tanıtmaqla yanaşı, ölkəmizin İpək yolu ölkələri arasında nəqliyyat infrastrukturunun qurulması istiqamətində həyata keçirdiyi layihələrin, o cümlədən Bakı-Tbilisi-Qars dəmiryolu və Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun təqdimatını edib. Təmsilçimiz Böyük İpək Yolunun bərpası sahəsində Azərbaycanın Çin Xalq Respublikası ilə birgə uğurlu əməkdaşlığının Avrasiya ölkələri arasında sülhün, iqtisadi əlaqələrin, mədəniyyətlərarası dialoqun güclənməsinə xidmət etdiyini vurğulayıb.

İctimai Birliyin nümayəndəsi Ermənistanın işğalçı siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının məcburi köçkünə çevrildiyini qeyd edib və məcburi köçkün ailəsindən gələn bir gənc olaraq, forum iştirakçılarını bəşəriyyət üçün təhlükə yaradan irqçi, şovinist, işğalçı siyasətə qarşı mübarizəyə dəvət edib.

Forumun sonunda gənclər tərəfindən bəyanat qəbul edilib. İpək Yolu ölkələrində dayanıqlı turizmin inkişaf etdirilməsi, o cümlədən birgə turizm proqramlarının yaradılması ilə bağlı Azərbaycan təmsilçisi tərəfindən irəli sürülən təklif Çanşa bəyanatına daxil edilib. AZƏRTAC


BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev