''Azərbaycan bu marşrutla sərnişinlərin daşınmasına tam hazırdır'' – Cavid Qurbanov

11 Oktyabr 2019 “Bu ilin sonunadək “Azərbaycan Dəmir Yolları” QSC iki yeni “Stadler qatarı satın alacaq”. Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, deputat Cavid Qurbanov jurnalistlərlə söhbətində deyib. “İsveçrə istehsalı olan yeni qatarların vaqonları Rusiya istehsalı olan əvvəlki vaqonlardan keyfiyyətli səs izolyasiyası və təkər səsini udan qurğuların olması ilə fərqlənir. Ümumilikdə onların sayı 40-a çatır. Bu qatarlar yüksək sürət xarakteristikası, eləcə də keyfiyyət göstəriciləri ilə fərqlənir”, – deyə QSC sədri bildirib. C.Qurbanovun sözlərinə görə, 2019-cu ildə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə 400 min tondan çox yük daşınıb. O bildirib ki, bu günədək qurum 30-35 milyon dollar məbləğində yol-tikinti texnikası satın alıb. “Bu günədək 1000 kilometr dəmir yolu xətti təmir olunub, eləcə də 3 100 yeni vaqon alınıb. Azərbaycanda dəmir yollarının 60 faizə qədəri elektrikləşdirilib” – deyən deputat həmçinin bildirib ki, Azərbaycan qonşu ölkələrə Bakı-Tbilisi-Qars dəmiryol dəhlizi ilə sərnişin daşımalarının təşkili məqsədilə kömək edir. “Azərbaycan bu marşrutla sərnişinlərin daşınmasına tam hazırdır. Amma Gürcüstan və Türkiyə tərəfinin sərnişin daşımaları üçün zəruri lokomotivləri yoxdur. Mövcud lokomotivlərin isə əyləc sistemi ilə bağlı problemləri mövcuddur. Azərbaycan bu məsələlərin həll olunması üçün qonşu tərəfdaş ölkələrə hər cür kömək göstərməyə hazırdır”. C.Qurbanov bu ilin ilk doqquz ayı ərzində Azərbaycanın dəmir yolları ilə Rusiyaya 700 min ton yük daşındığını da qeyd edib. QSC sədrinin sözlərinə görə, Türkmənistandan yüklərin daşınmasında da artım müşahidə olunur: “Lapis Lazuli” nəqliyyat dəhlizində yük daşımalarının artdığı da görünür”. Sədr “Azərbaycan Dəmir Yolları” QSC-nin gələcək hədəfləri barədə də məlumat verərək bildirib ki, Bakı-Gəncə sürət elektrik qatarının marşrutunun Ağstafaya qədər uzadılmasını planlaşdırırlar. “Bundan başqa Balakən istiqamətində dəmir yolu xəttinin yenidən qurulmasını, dəmir yolunda elektrikləşdirmənin səviyyəsinin artırılmasını, iki yeni deponun istifadəyə verilməsini planlaşdırırıq”, – deyə C.Qurbanov bildirib.

Modern.az

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev