''Azərbaycan köçkünlərin Qarabağa qayıdışına dair sülhün imzalanacağına ümid edir'' – İcma sədri


ABŞ-ın nüfuzlu “The Washington Times” qəzetinin müxbiri Monika Krouli və tanınmış 77WABC radiosunun aparıcısı Con Baçelor Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevdən müsahibə alıb.


Con Baçelor tərəfindən aparılan radio proqramı təkcə ABŞ-da deyil, beynəlxalq aləmdə də geniş auditoriyaya malik siyasi şou proqram kimi tanınır.


Kalbajar.com Modern.az -a istinadən xəbər verir ki, müsahibə zamanı erməni separatçılarının hələ sovet hakimiyyəti dövründə Azərbaycana qarşı ərazi iddiaları irəli sürdükləri, Sovet İttifaqı dağıldıqdan sonra Ermənistan qoşunlarının Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etdikləri, həmin ərazilərdə yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirdikləri diqqətə çatdırılıb.


Bildirilib ki, işğal nəticəsində öz torpaqlarından qovulmuş azərbaycanlı əhali ölkəmizin müxtəlif şəhər, rayon və kəndlərində məcburi köçkün vəziyyətində yaşayır.

Müsahibədə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin hazırda davam etdirildiyi bildirilib, Azərbaycanın ərazi bütövlüyünün bərpası və məcburi köçkünlərin Dağlıq Qarabağ və ətraf yeddi rayona qayıtmasını özündə ehtiva edən sülh sazişinin yaxın zamanlarda imzalanacağına ümid ifadə edilib.


Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin hələ ki, bir nəticə vermədiyi, lakin hazırki danışıqların davam etdirilməsinin vacib olduğu vurğulanıb, BMT, Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyan qətnamələrin qəbul edildiyi bildirilib. Eyni zamanda, Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılması üçün beynəlxalq təşkilatların Ermənistana təzyiq göstərməsinin vacibliyi diqqətə çatdırılıb.


Modern.az

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev