Azərbaycan Prokurorluğunun yaradılmasının 100 illiyi - peşə bayramı Kəlbəcər rayon İcra Hakimiyyətin


15:30 | 02.10.2018


Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin Başçısı Aqil Məmmədov, rayon Prokuroru Rasim Musayev, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, rayon İcra hakimiyyətinin məsul işçiləri iştirak etdilər. Tədbir iştirakçıları İcra hakimiiyətində Ulu Öndər Heydər Əliyevin büstü önünə tər çiçəklər qoydular. Rayon başçısı Aqil Məmmədov tədbirdə çıxış edərək bildirdi ki, Ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixdə imzaladığı sərəncamla hər il oktyabr ayının 1-i Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Aqil Məmmədov bütün prokurorluq işçilərini o, cümlədən Kəlbəcər rayon Prokurorunu peşə bayramları və Azərbaycan Prokurorluğunun yaradılmasının 100-cü ildönümünü münasibətilə təbrik etdi. Onlara məsul və şərəfli işlərində yeni-yeni uğurlar arzuladı. Daha sonra geniş məruzə ilə çıxış edən rayon prokuroru Rasim Musayev prokurorluq orqanlarına göstərilən diqqət və qayğıya, fəaliyyətləri üçün yaradılan yüksək səviyyəli şəraitə görə Azərbaycan Prespublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlığını bildirdi. Tədbirdə digər çıxış edənlər prokurorluq işçilərinin peşə bayramı münasibətilə öz səmimi təbriklərini catdırdılar. 

kelbecer-ih.gov.az

#ƏlamətdarGünlər

30 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev